воскресенье, 17 августа 2014 г.

Ürəkbulanma və qusma haqqında

Ürəkbulanma və qusmanın həm ötəri, həm ciddi səbəbləri ola bilər.
Bu iki rabitəli halın səbəbləri arasında ən çox təsadüf olunanlar:
-mədə və bağırsaq infeksiyası
Mədə və bağırsağa su və qidalar vasitəsi ilə virus, bakteriya daxil ola bilər. Bu zaman ürəkbulanma və qusmadan əlavə qarınağrısı (ishal) və qarın əzələlərinin tutulması mümkündür. 
-başağrısı
Miqren kimi şiddətli başağrılar ürəkbulanma və qusmaya səbəb ola bilər. 
-daxili qulaqda problemlər (daxili qulaq gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşir) 
-dərman pereparatları
Müxtəlif dərmanlar, o cümlədən xərçəngə qarşı dərmanlar ürəkbulanma və qusmaya səbəb olur.
-zəhərlənmə
Alkoqol, nikotin, antibiotik dərmanlar zəhərlənməyə səbəb ola bilər.
-hormonlar
Hamiləlik, troiddən (zob) hormon dəyişikliyi ürəkbulanma və qusma yarada bilər. 
-həzm sistemində yara


-öd daşı
-pankreatin

Ürəkbulanma və qusmaya qarşı ilkin tədbirlər:
-çox hərəkət etməmək
-çox su içmək
-xörək qoxularından uzaq olmaq
-tez həzm olan qidalardan istifadə etmək

Əgər ürəkbulanma ilə yanaşı möhkəm başağrıları olsa, 24 saat maye qəbul edə bilməsəniz, 2-3 gün ardıcıl qussanız, sidiyə az getsəniz təcili həkimə müraciət edin.

Комментариев нет:

Отправить комментарий