воскресенье, 24 августа 2014 г.

SALAM

–Rəsuli-əkrəm (s.ə.v.v) buyurur: Bir-birinizlə qarşılaşanda salamlaşıb görüşün və bir-birinizdən ayrılanda isə bağışlanmaq istəməklə ayrılın.

Biharul-ənvar /76/4.***
–Hüseyn ibni Əli əleyhissalam buyurur: Salam üçün yetmiş savab vardır, altmış doqquzu salam verənin, biri isə salam alanındır.
Biharul-ənvar /78/120.***
–İmam Sadiq əleyhissalam buyurur: Rəsuli-əkrəm Əbdül Müttəlib övladlarını bir yerə yığıb buyurdu: Ey Əbdül Müttəlib övladları! Salamı aşkar edin, qohum-əqrəbanızla qohumluq əlaqələri bərqərar edin, camaat yatmış olduğu halda gecə namazı qılın, (aclara) təam verin, danışığınızı gözəl edin ki, behiştə sağlamlıqla daxil olasınız.
Biharul-ənvar /69/393.***
–İmam Sadiq əleyhissalam buyurur: Salamı birinci verən Allah və Onun Rəsulunun yanında ən əziz şəxsdir.
Vəsailuş-şiə /12/55.

Комментариев нет:

Отправить комментарий