воскресенье, 3 августа 2014 г.

Fitr bayramı gecəsi və bayram günün əməlləri

FİTR BAYRAMININ GECƏSİNİN ƏMƏLLƏRİ
Bu gecə də mübarək gecələrdən biridir. Bu gecənin fəziləti, ibadətlərinin savabı və onda əhya saxlamaq haqda çoxlu hədislər vardır. Rəvayətdə gəlmişdir ki, bu gecənin fəziləti heç də qədr gecəsindən az deyil. Bu mübarək gecənin bir neçə əməli var:
1. Gün batan çağı qüsl etmək
2. Əhya saxlayıb, namaz qılmaq, dua oxumaq, istiğfar edərək Allah-təaladan istəklərini diləmək və məsciddə gecələmək.
3. Məğrib, işa, sübh və bayram namazlarından sonra bu zikrləri oxumaq:
"Allahu əkbər, Allahu əkbər, La ilahə illəllah vəllahu əkbər, Allahu əkbər, vəlillahil həmd, əlhəmdulillahi əla mə hədə:nə: və ləhuşşukru əla ma əvlə:nə:"
TƏRCÜMƏSİ:
"Allah böyükdür,Allah böyükdür, Allahdan başqa heç bir məbud, ilahi yoxdur. Allah böyükdür, Allah böyükdür. Bütün həmd və sitayiş yalnız Allah üçündür. Həmd olsun Allaha, bizi hidayət etdiyinə görə, şükr olsun Ona bizi başqa ümmətlərdən üstün etdiyinə görə."
4.Məğrib namazından sonra oxunan dua:
"Ya zəl mənni vət-təvli, ya zəl-cudi ya mustəfiyə Muhəmmədin və nasirihi səlli əla Muhəmmədin və Ali Muhəmməd, vəğfirli kullə zənbin əhsəytəhu və huvə indəkə fi kitabin mubin"
TƏRCÜMƏSİ:
"Ey minnət, nemət, fəzl və bəxşiş sahibi, ey cud və kərəm sahibi, ey Muhəmmədi seçib ona kömək olan Allah, Həzrəti Məhəmmədə və onun Əhli-Beytinə salavat göndər və etdiyim hər günahı bağışla ki, o günahlar Sənin yanındakı aşkar kitabda mövcuddur"
5.İmam Hüseyn (ə)-ın ziyarəti
(Burda yalnız bir qisim əməlləri qeyd etdik. Ətraflı "Məfatihul-cinan" kitabından oxuya bilərsiniz.)

FİTR BAYRAMININ ƏMƏLLƏRİ
1. Sübh namazından sonra xüsusi zikr və dua oxumaq
2.Bayram namazını qılmamışdan əvvəl fitrə zəkatını evdən çıxartmaq. Fitrə vermək Ramazan ayının orucunun qəbul olunma şərtlərindən biridir.
3.Qüsl etmək
4.Yaxşı paltar geyib ətirlənmək və namaz üçün açıq fəzada qılmağa getmək
5.Fitr namazından qabaq iftar etmək. Yaxşı olar ki, xurma, yaxud şirni ilə iftar edilsin.
6.Fitr namazını qılmaq
7.İmam Hüseyn (ə)-ın ziyarətini oxumaq
8."Nüdbə" duasını oxumaq

Fitrə zəkatı 
- İnsan gərək fitrə zəkatını qürbət məqsədilə, yə`ni Allah-təalanın əmrini yerinə yetirmək və bəndəçilik məqsədilə versin və onu verən zaman fitrə vermək niyyətini etsin.
– Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir "sa`" – təqribən 3 kiloqram – öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verərsə, kifayətdir.
- İnsan, fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun ya böyük, istər müsəlman olsunlar, istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin.
- Fitr bayramı gecəsi, gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olar.
- Fitr bayramı axşamı günəş batdıqdan sonra gələn qonağın fitrəsini vermək, onun çörəyini yeyən hesab olunursa, ehtiyata əsasən, onun fitrəsini vermək vacibdir. Əks təqdirdə, vacib deyildir. Bayram gecəsi iftara çağırdığı şəxs ev sahibinin çörəyini yeyən hesab olunmur və onun fitrəsi ev sahibinə vacib deyil.
- İnsan ailəsinin xərclərini haram maldan versə də, gərək onların fitrəsini halal maldan versin.



Fitr namazı

Fitr bayramının namazı eynilə Qurban bayramının namazı kimidir. İmam Zaman (ə) qeybdə olmadığı dövrdə bu namaz vacibdir və camaatla qılınmalıdır. İmamın (ə) qeybdə olduğu müddətdə isə müstəhəbdir, həm camaatla,həm də fərdi şəkildə qılına bilər.
Fitr və Qurban bayrmının namazlarının vaxtı gün çıxan vaxtdan zöhrə qədərdir. Müstəhəbdir ki,insan Fitr bayramı günü gün qalxandan sonra iftar edib fitrə zəkatı versin və ardınca bayram namazı qılsın.
Bu namaz 2 rükətdir. Birinci rükətdə “Həmd” surədən sonra 5 dəfə “təkbir” deyilməli və hər “təkbir”dən sonra qunut tutulmalıdır.Beşinci qunutun ardınca deyilən “təkbir”dən sonra rüku və iki səcdəni yerinə yetirib ayağa qalxmaq lazımdır.İkinci rükətdə isə “Həmd” surədən sonra 4 dəfə “təkbir” deyilməli,hər “təkbir”dən sonra qunut tutulmalıdır. Beşinci “təkbir”dən sonra rüku və səcdəni yerinə yetirib namazı bitirmək lazımdır.
Bayram namazlarının qunutunda istənilən duanı oxumaq kifayətdir.
Bayram namazında qiraətin (“Həmd” surə) ucadan oxunması müstəhəbdir.
Bayram namazının özünəməxsus surələri yoxdur.Amma daha yaxşı olardı ki,1-cirükətdə “Şəms”,2-ci rükətdə isə “Ğaşiyə”surələri, yaxud 1-ci rükətdə “Əla”,2-ci rükətdə isə “Şəms” surələri oxunsun. 

Rəvayətlərdə deyilir ki, həzrət Əli (ə) bir dəfə fitr günü xalqa buyurdu:
“Ey xalq! Bu yaxşılar mükafat alır. Bu gün pislər ziyan edir. Bu gün sizin qiyamətinizə ən oxşar gündür.
Evlərinizdən çıxıb namaz müsəllasına gedərkən qəbirlərinizdən çıxacağınız günüyada salın.
Namaz müsəllasında namazı gözləyərkən qiyamət günü Allah qarşısında dayanacağınızı yada salın.
Evlərinizə qayıdarkən behiştə və ya cəhənnəmə dönüşünüzü yada salın.” 


Səd bin Evs el-Ənsari: Rəsulullah Sallallahu Aleyhi və alihi vəsəlləm belə buyurmuşdur:
Ramazan Bayramı səhəri mələklər yollara tökülür və belə səslənirlər:
"Ey Müsəlmanlar! Kərəmi bol olan Rəbbinizin rəhmətinə tələsin. O, bol yaxşılıq və ehsan edəndir. Sonra onlara bol- bol mükafatlar verilir. Siz gecə ibadət etməklə əmr olundunuz və əmri yerinə gətirdiniz. Gündüz oruc tutmaqla əmr olundunuz, orucu tutdunuz və Rəbbinizə itaət ediniz, mükafatınızı alınız".

Bayram namazını qıldıqdan sonra bir münadi belə səslənir:
"Diqqət ediniz, müjdə sizə! Rabbiniz sizi bağışladı, evlərinizə doğru yola ərmiş olaraq dönün. Bayram günü mükafat günüdür. Bu gün səma aləmində mükafat günü olaraq elan edilir."

Səadət əsrində səhabələr bir-birlərilə "Bərəkallahu ləna və ləkum" deyərək bayramlaşardı, yəni "Allah bizdən də, sizdən də qəbul etsin" dedikləri rəvayət edilir.

Allah Təala müsəlmanların izzət və ehtiramını onlardan almasın və bütün müsəlmanları daha da əziz etsin!

Комментариев нет:

Отправить комментарий