воскресенье, 10 августа 2014 г.

ÖLUM CƏNNƏT CƏHƏNNƏM

Allah-Təala Qurani-Kərimdə buyurur:
"Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində, əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.”
"Nur" surəsinin 24-cü ayəsində oxuyuruq: "Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər.”
Əzaların necə danışması barəsində müfəssirlər arasında müxtəlif nəzəriyyələr var:
1. Allah-təala o gün hər bir əzada şüur, dərk və söz danışmaq qüdrəti yaradacaq. Onların hamısı doğru danışacaq. Heç bir təəccüb yeri də yoxdur! Bu qüdrəti dil adlı bir tikə ətdə yaradan, başqa əzalarda da yarada bilər.
2. Onların şüur və dərki olmayacaq. Lakin Allah tərəfindən danışmağa məcbur ediləcəklər. Əslində, əzalar danışığın zühur etdiyi yer olacaq. Allahın əmri ilə həqiqətlər aşkarlanacaq.
3. Hər bir insanın əzaları ömrü boyu etdiyi əməllərin təsirini özündə saxlayacaqdır. Çünki bu kainatda heç bir əməl məhv olub birdəfəlik aradan getmir. Təsirlərin zühuru, onların şəhadəti mənasındadır. Bu ifadə gündəlik danışıq dilində və ədəbiyyatçıların sözündə də çox işlənir. Məsələn, deyirlər: "Gözün sənin yuxusuzluğuna şəhadət verir, rəngi-rüxsarın, batini sirrindən xəbər verir!”

Комментариев нет:

Отправить комментарий