воскресенье, 17 августа 2014 г.

Mədə ağrılarına qarşı tövsiyələr

Mədə ağrılarına qarşı tövsiyələr

Mədə orqanizmin həzm sistemində aparıcı rol oynayır.
Mədə ağrılarına qarşı elmlər doktoru xanım Nəsrin Fərəhməndin tövsiyələrini nəzərdən keçirək:
1.Mədə turşusu həzm sisteminin mühüm elementi olduğu üçün mədənizi boş saxlamamağa çalışın;
2.Yemək zamanı tələsməyin və “20 dəqiqə” qaydasına əməl edin;
3.Köp və bağırsaq dolaşması olmasın deyə aram yeyin;
4.Yemək rejiminiz olsun, meyvə və suyu yaddan çıxarmayın;
5. Gecə yemək yeyən kimi yatmayın;
6.Ardıcıl şəkildə yağlı, turşulu, duzlu, ədvalı qidalar qəbul etməkdən çəkinin;
7.Pizza, sandviç, çips, qazlı suları yaddan çıxarın;
8.Siqaret, spirtli içkilər mədənin qatilidir;
9.Noxud, lobya kimi ləpəli qidaları çox qaynatdıqdan sonra soyudub yeyin;
10.Yemək gedişində su içməyin. Yeməkdən bir saat qabaq və sonra su içmək məsləhətdir;
11.Çox qızardılmış qidaları menyudan çıxarın;
12.Göyərtidən çox istfadə edin;
13.Yemək vaxtını müəyyən edin;
14.Yüngül xörəklərə üstünlük verin, mətbəxdə nanə, zəncıfil, zəfaran, sarımsaqdan istifadə edin;
15.5 dəqiqə olsa belə idman edin;
16.Hər gün xalis bal yeyin;
17. Banan mədə üçün faydalıdır;
18.Əgər stress, əsəb gərginliyi keçimisinizsə ilıq su ilə yuyunun...

Комментариев нет:

Отправить комментарий