воскресенье, 17 августа 2014 г.

Bol B

Bol B



Qoz sağlamlığımız üçün çox faydalı qidadır.
O, vitamin, mineral, zülal və lif baxımından çox bəsləyicidir. Xüsusilə qoz yağı beyin və zəka inkişafı üçün çox faydalıdır. Bu yağ bol miqdarda B vitamini ilə yanaşı, həzm edilə bilən yağ növləri ilə də zəngindir.
Faydaları:
* Ürək xəstəlikləri riskini azaldır.

* Xolesterolun səviyyəsinin aşağı salınmasında böyük təsirə malikdir. Gündə bir çay qaşığı içilsə, xolestrolu salar.

* Qoz və qoz yağı antioksidanlar baxımından da olduqca zəngindir.

* Antibakterial, iltihabsökücü, antiviral və antiseptik xüsusiyyətləri sayəsində bədənin daha sağlam qalmasına kömək edir.

* Dərini nəmləndirir və elastikliyini qoruyur.

* Quru dəriləri bəsləyir və yumşaldır.

* Saç baxımında istifadə edilir.

* Öskürəyi aradan qaldırır.

* Saçı bəsləyir.

* Yaddaşı gücləndirir.

* Qanda şəkəri tarazlayır.

* Revmatizm üçün faydalıdır.

* Ürək-damar xəstəliklərindən qoruyur.

* Döyənəklərdə kompres kimi istifadə edilir.

* Sinir sistemini gücləndirir.

* Masaj zamanı istifadə edilir.

* Dərinin yenilənməsinə və qırışların aradan qaldırılmasına kömək edir.

* Köhnəlmiş dərilərdə bərpaedici təsiri olduğu sübut edilmişdir.

* Ruhi pozğunluqlara yaxşı təsiri edir.

* Ağız boşluğu, boğaz və diş əti narahatlıqlarında qarqara kimi istifadə edilir.

* Yüksək təzyiqi salır.

* Tərkibindəki omega-3 beynin iş funksiyalarını nizamlayır.

* Qoz yağını üzdəki ləkələrinin üzərinə sürtərək masaj etmək ləkələri yox edər.

* Qoz yağı göbələk və parazit inkişafını önləyir və egzema kimi narahatlıqların müalicəsində bitki mənşəli dəstəkləyici olaraq istifadə edilə bilər.

qadin
 

Комментариев нет:

Отправить комментарий