воскресенье, 10 августа 2014 г.

HARAM TICARƏT, HARAM ALIŞ-VERIŞ

  1.                                                                                                                                                                 Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir! ("Nisa" 29)

Həzrət Muhəmməd (s.ə.s) buyurur:"Alqı-satqıda ğəşş edən (malı başqa bir mal ilə qatan), onlara zərər vuran, saxtakarlıq edən, yaxud hiylə edən kəs bizdən deyil. Kim müsəlman qardaşına ğəşş etsə, Allah onun ruzisini, bərəkətini kəsər, məişətini, güzaranını, yolunu bağlayar və onu özbaşına buraxar".
    * Şəri baxımdan nəcis hesab olunan malların (donuz ətinin, əti haram olan heyvanların) alış-verişi.
    *Məstedici içki, dərman və maye və maddələrin alış-verişi (lakin məstedici maddə və dərmanları müalicə və s. məqsədlər üçün alıb-satmaq olar).
    * Qəsb olunmuş (icazəsi olmadan başqasının) və ya oğurlanmış malların alış-verişi.
    * haram məqsədi ilə istifadə olunan və mənfəət gətirən əşyaların (qumar alətləri kimi) alış-verişi.
    * İstifadə müddəti sona çatmış və sağlamlığa təhlükə yaradan qida məhsullarının, dərmanların və s. alış-verişi.
    * Mala hər hansı bir şey qatıb onu əsl adı ilə satmaq. (Südə su qatmaq, əti halal heyvanların yağına əti haram olan heyvanların yağ və ya piyini qatmaq və s.)
    * Çəki və ölçüdə aldatmaq, ölçü və çəki alətlərinin işinə müdaxilə etmək.
    *Saxta pul ilə alış-veriş mübadiləsi aparmaq.


Комментариев нет:

Отправить комментарий