воскресенье, 17 августа 2014 г.

Başınız gicəllənir?

Əksər insanlar başgicəllənməni şəxsi həyatlarında təcrübədən keçiriblər. Başgicəllənmənin səbəbi həm ciddi xəstəlik, həm də ötəri yorğunluq ola bilər. 

Rusiya Tibbi-bioloji problemlər institutunun mütəxəssisi Olqa Akimova bu barədə deyir:
Başgicəllənməyə ciddi yanaşmamaq səhvdir. Əlbəttə ki, bu hal məsələn kompyuter arxasında çox oturmaq kimi adi yorğunluqla bağlı ola bilər. Yorğunluq olduqda dərhal dincəlmək, işə fasilə vermək lazımdır. İstənilən bir halda sərt, cəld hərəkət etmək olmaz. Baş gicəllənirsə bir müddət hərəkətsiz qalmaq lazımdır.
ABŞ mütəxəssisləri 22 nəfər üzərində maraqlı təcrübə aparıblar. Bu 22 nəfər əvvəlcə boz, sonra ağ-qara döşəməyə baxıb. Ağ-qara rəngə baxdıqdan sonra eksperiment iştirakçıları başgicəllənmədən şikayətlənib. Mütəxəssislər belə ardıcıl fon dəyişikliyinin yellənmə hissi yaratdığını müəyyənləşdirib. 
Adətən yaşlı adamların başı gicəllənir. 60 yaşdan yuxarı dörd nəfərdən biri başgicəllənmədən şikayətlənir. Soyuqdəymə səbəbindən də baş gicəllənə bilər. Amma bu hal tez-tez təkrarlanırsa məsələyə ciddi yanaşmaq lazımdır. Onkoloji xəstəliklər, daxili qulaq potologiyası, ürək çatışmamazlığı başgicəllənməyə səbəb ola bilər. Bu halda dərhal nevroloqa müraciət etmək lazımdır. 
Başgicəllənmə müalicə olunan haldır. Bəziləri uzun illər həkimə müraciət etmir, bu halın düzəlməyəcəyini düşünürlər. Amma vestibülyar aparata qədər təsir edən dərman pereparatları var. 
Xüsusi reabilitasiya proqramları da var. Bəzən başgicəllənmə görmə ilə bağlı olur. Bu zaman həm də mərkəzi əsəb sistemi müalicə edilir. 
Başgicəllənmənin səbəbini tapmaq üçün gözün hərəkəti kompyuter və videoqrafik üsulla nəzərdən keçirilir. Gözün ayrı-ayrı testlərə reaksiyası öyrənilir. Eşitmə orqanları da müayinə edilməlidir. 
Necə bilmək olar ki, başgicəllənmənin səbəbi karuseldə fırlanmaqdır, yoxsa hansısa xəstəlik? Bunu həkim deməlidir. Baş-beyin tomoqrafiyası, damarların vəziyyəti, qan analizi xəstəliyin müayinəsində əsasüsullardır. 
Başınız gicəllənirsə dərhal uzanın. Otura bilsəniz daha yaxşıdır. Ayaq üstən uzanmış vəziyyətə keçəndə qan axını istiqamətini dəyişir. Bu yaxşı hal deyil. Dərhal qan təzyiqi ölçülməlidir. Təzyiq yuxarısa və siz hipertoniyadan əziyyət çəkirsinizsə təzyiqi endirən tabletkalardan istifadə edin. Təzyiqiniz aşağısa kofe için, dincəlin. Başgiccəlnmə təkrarlanırsa həkimə müraciət etmək qaçılmazdır. 

Комментариев нет:

Отправить комментарий