воскресенье, 24 августа 2014 г.

Dua

Həzrəti Əlidən (ə) dua haqqında hədislər:
1. Dua vasitəsilə bəla aradan qalxar.
2. Allahı ən yaxşı tanıyan kəs Ondan daha çox istəyəndir.
3. Dua möminin qalxanıdır. Hansı qapını çox döyürsənsə, üzünə açılar.
4. İnsanların ən acizi dua etməkdə aciz olandır (dua etməyəndir).
İmam Sadiqdən (ə) dua haqqında hədislər:
1. Allah-Taala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.
2. Dua etməyi unutmayın, çünki dua hər dərdin dərmanıdır.
3. Həqiqətən rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları aradan aparar.
4. Allaha edilən hər bir dua Muhamməd və Ali-Muhammədə salavat göndərmədikcə səmaya qalxa bilmir.
5. Dua edərkən əvvəl öz mömin qardaşlarından 40 nəfərə, sonra özünə dua edən şəxsin həm onlar (40 nəfər), həm də özü barəsində etdiyi duası qəbul olar.
6. Allah-taala gündəlik 5 vacib namazı günün ən fəzilətli vaxtlarında qərar vermişdir. Belə isə namazlardan sonra dua edin.
İmam Baqir (ə) buyurur:
And olsun Allaha ki, O, Öz dərgahına israrla əl açanların istəyini verər.
İmam Rza (ə) buyurur:
Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!
Teqlər:

Комментариев нет:

Отправить комментарий