воскресенье, 10 августа 2014 г.

ƏGƏR BİR UŞAQ...

ƏGƏR BİR UŞAQ...



Hər bir valideyn üçün yazılanlarda ibrət var

Əgər bir uşaq davamlı olaraq tənqid olunursa, qınamaq və ayıblamağı öyrənir.

Əgər bir uşaq kin mühitində böyüyürsə, döyüşməyi öyrənir.

Əgər bir uşaq lağ edilib alçaldılırsa, sıxılıb utanmağı öyrənir.

Əgər bir uşaq davamlı utanc duyğusuyla böyüyürsə, özünü günahlandırmağı öyrənir.

Əgər bir uşaq xoşgörüşmək öyrədilirsə, səbirli olmağı öyrənir.

Əgər bir uşaq dəstəklənilib ürəkləndirilirsə, özünə güvən hiss etməyi öyrənir.

Əgər bir uşaq təriflənir və bəyənilirsə, təqdir etməyi öyrənir.

Əgər bir uşaq haqqına hörmət göstərilərək böyüdülürsə, ədalətli olmağı öyrənir.

Əgər bir uşaq güvən içində böyüyrsə, inanclı olmağı öyrənir.

Əgər bir uşaq qəbul və təsdiq görürsə, özünü sevməyi öyrənir.

Əgər bir uşaq ailə içində dostluq və yoldaşlıq görürsə, bu dünyada xoşbəxt olmağı öyrənir.


Rübab

Комментариев нет:

Отправить комментарий