вторник, 9 июля 2013 г.

Hicab haqqında suallara cavab: Ayətullah Xamenei

Qadınların hicablarının həddi

Sual: Qadınların bir çoxunun fərqli hicabları vardır. Bilmək istəyirik ki, qadınların hicabı necə olmalıdır?
Cavab: Qadınlar üzlərinindən (dəstəmazda vacib miqdarda yuyulan miqdar) və əllərini barmaqlarının ucundan biləyə kimi olan miqdardan başqa bütün bədən üzvlərini naməhrəmdən örtməlidirlər.
Sual: Qadınlar üçün İslam hicabının həddi-hüdudu nədir? Bu məqsədlə uzun və azad paltar, şalvar geymək və başa örtük örtmək kifayətdirmi? Ümumiyyətlə qadınların ayrı-ayrı şəxslər qarşısında paltar və örtüklərinin keyfiyyətinə necə riayət edilməlidir?
Cavab: Vacibdir ki, qadının bütün bədəni, üzünün surəti və biləyə qədər əlləri istisna olmaqla naməhrəmdən örtülsün, qeyd edilən paltar əgər vacib miqdarı örtərsə, eybi yoxdur, lakin çadra örtmək daha yaxşıdır, naməhrəmin diqqətini cəlb edən libaslar geyməkdən də ictinab olunmalıdır.
Sual: Hal-haziıda Azərbaycanda hicablı geyime qarşi təzyiqlər var. Bunu nəzərə alaraq:
1. Orta məktəblərə hicabla buraxılmayan şagirdlər və müəllimələr papaq və uzun boğazlı geyimden istifadə edirlər. Nəticədə uzdən basşqa zinət yerləri görunmur.Belə  olarmı?
2.Şəxsiyyət vəsiqələrinə hicablı şəkil çəkdirməyə qeyri-qanuni olaraq icazə verməsələr,zərurət olmadan, qanunu tələb etməden şəkili montaj etdirib ve ya pariklə şəkil çəkdirib vermək olarmi?
Cavab:1. Sualın fərzində əgər qeyd etdiyiniz geyim bədəni, onun çıxıntılarını və başı örtürsə, icazəlidir.
2. Əgər zərurət olmasa, pasport və başqa sənədlər üçün hicabsız şəkil çəkdirməsinlər. Amma zərurət yaransa, hicabın icazə verilən həddinə riayət etməklə şəkil çəkdirməyin eybi yoxdur. Lakin imkan daxilində şəkili qadın və ya məhrəm şəxsin vasitəsilə çəkdirsinlər.
Parik özü zinət sayılsa, onu naməhrəmdən örtmək lazımdır.

Qoca qadınların hicabı

Sual: Qoca qadınların hicaba riayət etmələri vacibdirmi?
Cavab: Bəli, vacibdir.

Subay qızların hicab və zinəti

Sual: Bakirə qızlar izdivacdan qabaq hansı həddə islah edə bilərlər? Məsələn; üzlərini və qaşlarını ala bilərləmi?
Cavab: Öz-özlüyündə eybi yoxdur. Amma bu əməl öz ardınca fəsad gətirsə, ya naməhrəm onları görəcəksə, icazəli deyil.

Burun üzərində gözəllik cərrahiyyə əməliyyarından sonra onu örtmək

Sual: Burnunda olan əyriliyi düzəltmək üçün onun üzərində gözəllik cərrahiyə əməli etdirmiş qadın öz burnunu naməhrəmdən örtməlidirmi?
Cavab: Sualın fərzində burnunu örtməsi vacib deyil. Amma bu əməl camaatın nəzərində zinət hesab olsa, örtməlidir.

Qaşlara tatu vurdurmaq

Sual: Qadınların öz qaşlarına tatu vurdurmaları barədə sizin nəzəriniz nədir?
Cavab: Maneəsi yoxdur. Amma əgər camaatın nəzərində zinət hesab olsa, onu naməhrəmdən örtməlidir.

Zinət və islahı örtmək

Sual: Qadınlar nişan üzüyü kimi zinət əşyalarını və qaşlarını alması kimi islah əməllərini naməhrəmdən örtməldirlərmi?
Cavab: Camaatın nəzərində zinət hesab olan şeylər naməhrəmdən örtülməlidir.

Kişilərin qısaqol köynək geymələri

Sual: Kişilərin qısaqol köynək geymələrinin hökmü nədir?
Cavab: Əgər fəsada səbəb olmasa, eybi yoxdur.

Qadınların üzlərinin hicabının həddi

Sual: Qadınlar çənələrini də örtməlidirlərmi? Əgər örtülməlidirsə, onun həddi nədir?
Cavab: Çənə üzdən hesab olunur və üzün zahirində qalan miqdarını örtmək lazım deyil. Amma çənənin alt hissəsi örtülməlidir.

Qadınların sürmədən istifadə etmələri

Sual: Qadınların sürmədən istifadə etmələrinin hökmü nədir? Halbuki, istifadə etdikləri surətdə naməhrəm onu görəcəkdir.
Cavab: Əgər zinət hesab olsa və naməhrəmin diqqətini cəlb etsə, iradı vardır.

Kişilərin zinət daşlarından istifadə etmələri

Sual: Kişilərin zümrüd, florid və s. kimi daşlardan qolbağı və medal ünvanı ilə istifadə etmələrinin hökmü nədir?
Cavab: Öz-özlüyündə iradsızıdır.

Qadınların rəngli eynəklərdən istifadə etmələri

Sual: Yay fəslində hicablı qadının rəngli günəş eynəklərindən istifadə etmələrinin hökmü nədir?
Cavab: Eybi yoxdur. Amma naməhrəmin diqqətini cəlb edəcək formada olduqda iradlıdır.

Ayağı örtmək

Sual: Qadınların öz ayaqlarını örtmələri vacibdirmi? Əgər vacibdirsə, namaz qıldıqda da örtməlidirlərmi?
Cavab: Ayağı naməhrəmdən örtmələri vacibdir. Amma namazda vacib deyil.

Kişilərin qızıl və ya qızıl suyu ilə işlənilmiş əşyalardan istifadə etmələri

Sual: Kişilərin qızıl suyuna çəkilmiş saatdan istifadə etmələrinin hökmü nədir?
Cavab: Eybi yoxdur.
Sual: Kişilərin boyunbağı asmalarının hökmü nədir?
Cavab: Qızıldan olsa, yaxud istifadə edilməsi qadınlara məxsus olan şeylərdən olsa, kişilərin onu asması caiz deyil.

Hicaba riayət etməyən qadını ümumi yerlərə aparmaq

Sual: Əgər hicaba riayət etməyən qadını park kimi ümumi yerlərə aparsaq, bizə günah olurmu?
Cavab: Əgər naməhrəmin onu görəcəyini bildiyiniz halda bu işi etsəniz, günahkar hesab olursunuz.

Çadra geyinmək

Sual: Əgər qadının hicabı manto və yaylıqla kamil olsa, bu kifayət edir, yoxsa çadara da geyinməlidir?
Cavab: Hicab və vacib miqdarda örtünmədə müəyyən bir geyim şərt deyil. Hər bir geyim qadının bütün bədənini (üz və əllərini biləyə qədər istisna olmaqla), həmçinin bədəninin çıxıntılarını örtürsə, naməhrəmin diqqəti cəlb etmirsə, kifayət edir. Əlbəttə, uzun illər boyu bizim camiəmizin qadınları çadraya üstünlük vermiş və islami daha yaxşı hicabı qorumaq üçün seçmişlər.
Sual: Qadınların toylarda və başqa yerlərdə bədən çıxıntılarını göstərən dar, yaxud bədəni göstərən açıq-saçıq paltarlar geymələri icazəlidirmi?
Cavab: Əgər naməhrəm kişilərin baxmasından və fəsada səbəb olacaq şeylərdən amanda olsalar, eybi yoxdur. Bundan qeyri hallarda isə icazəli deyil.

Şöhrət libası

Sual: Şöhrət libası nədir və onu geyməyin hökmü nədir? Onunla namaz qılmağın iradı varmı?
Cavab: Şöhrət paltarı o paltardır ki, şəxsin onun rənginə, yaxud tikiliş keyfiyyətinə görə, yaxud köhnə və nimdaş olmasına görə və ya başqa səbəbə görə geyməsi münasib deyil, belə ki, əgər onu camaat arasında geysə, onların nəzərlərini özünə cəlb edəcək və onu barmaqla göstərəcəklər. Belə paltarı geymək vacib ehtiyata görə icazəli deyil, amma onunla namaz qılmağın iradı yoxdur.
Sual: Qadının hicab və paltarının başqalarının nəzərini cəlb edən, yaxud şəhvəti təhrik edən tərzdə olması, məsələn, çadranı başqalarının nəzərini cəlb edəcək şəkildə örtmələri, yaxud corabda şəhvəti təhrik edən parça növünü və rəngini seçmələri icazəlidirmi?
Cavab: Rəngi, forması və yaxud geyim keyfiyyəti cəhətindən yad adamın nəzərini cəlb edən, fitnə-fəsada səbəb olan şeyi geymək qadın üçün icazəli deyil.

Kürəkəndən örtünmək

Sual: Toy məclisində gəlinin qohumları olan qadınlar kürəkənin qarşısında hicaba riayət etməyə bilərlərmi?
Cavab. Kürəkən olmaq istisnalardan deyildir və nəticədə naməhrəm qadınlar kürəkənin qarşısında olduqları zaman kamil hicaba riayət etməlidirlər. 

Qadınları bəzəyən parikmaxir

Sual: Qadınların özlərini naməhrəmə göstərəcəyini bildiyi halda onları bəzəyən parikmaxir şəxslərin hökmü nədir?
Cavab: Əgər naməhrəmə göstərilmək üçün onu bəzəyirsə yəqin şəkildə haramdır, lakin əgər elmi varsa qəsd olmadan ehtiyat onun tərk edilməsidir.

Qadınların sürücülük etməsi

Sual: Qadının özünün şər’i iffətini və hicabını qoruyub saxladığı təqdirdə naməhrəm bir kişinin köməyi ilə sürücülüyə məxsus olan yerlərdə sürücülük öyrənməsi caizdirmi?
Cavab: Hicabın və iffətin qorunub saxlanmasına, fəsada düşmək qorxusu olmamasına dair xatircəm olduğu halda qadının yad kişinin köməyi və yol göstərməsi ilə sürücülüyü öyrənməsinin işkalı yoxdur, lakin eyni halda yaxşı olar ki, onun məhrəmlərindən biri onunla yanaşı olsun, hətta daha yaxşı olar ki, sürücülük qadın mütəxəssisi, yaxud qadının məhrəmlərindən birinin vasitəsilə öyrədilsin.
Toplayan: Seyid Zahir Cavadov

Комментариев нет:

Отправить комментарий