четверг, 25 июля 2013 г.

Ramazana aid gözəl sözlər

* Ramazanda on gün itikaf etmək (son 10 günü ibadətlə məşğul olmaq), iki həcc və iki ümrə kimidir. (Hz Hüseyn)

* Bir qadın Rəsulullah (s.ə.v)-a gələrək: Mən həcc etmək üçün hazırlıq etmişdim mənə (bi mane) ərz oldu nə edim? Əfəndimiz: "Ramazanda ümrə et, çünki o ayda ümrə eynilə həcc kimidir" buyurdu. (Əbu Davud, Həcc 79, Tirmizi, Həcc 95)

* Ramazanda orucunu tutub da Şəvvaldanda altı gün tutan kimsə bütün il oruc tutmuş kimidir. (R Salihin, 1259)

* Ramazan ayı girdiyi zaman cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar da zəncirə vurular.

* Cənnətdəki gözəl köşklər, sözü xoş, salamı çox, yemək yedirən, oruca davam edən və gecə namazı qılan kəslərə verilər. (İbni Nəsr)

* Allah yolunda bir gün oruc tutanın üzünü, Allahu Təala yetmiş il atəşdən uzaqlaşdırar. (Müslim)

* Oruc tutan, namaz qılan kimsə, mükafatını qiyamətdə ağlı qədər alar. (Hatib)

* Beş vaxt namaz, bir cümə namazı digər cümə namazına, bir Ramazan digər Ramazana həmişə kəffarədir. Böyük günah edilmədikcə aralarındakı günahları bağışladarlar. (Müslim, Təharət 14, (223); Tirmizi, Salat 160, (214)

* Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır. (Müslim)

* Cənnətdə Rəyyan deyilən bir qapı vardır. Oradan yalnız oruclular girər oruclular girdiyində artıq bağlanar, kimsə ordan girə bilməz. "Tirmizi"nin rəvayətində bu çox var: "Ora daxil olan şəxs əbədi olaraq susamaz". (Tirmizi, Savm 5)

* Kim Allah Təala yolunda bir gün oruc tutsa, Allah onunla atəş arasına, eni səma ilə ərz arasını tutan bir xəndək edər. (Tirmizi, Cihad 3, (1624)

* Bir kimsə həcc və ümrə etsə də eyni il içində ölsə cənnətə girər. Kim Ramazan orucunu tutsa sonra ölsə cənnətə girər. (Ravi: Hz Əbu Səid)

* Ard arda üç gün oruc tuta bilənin, Ramazan orucunu tutması lazımdır. (Əbu Nuaym)

* Allahu Təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsinə, ancaq oruclular oturar. (Təbərani)

Ramazana aid gözəl sözlər

Комментариев нет:

Отправить комментарий