суббота, 20 июля 2013 г.

. QURANIN BƏZİ SURƏLƏRİNİN OXUNUŞUNUN SAVABI



-“Yusif” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Yusif” surəsini hər gün və ya hər gecə bir dəfə oxusa, Allah-taala qiyamət günü onu Yusif (ə)-ın gözəlliyində gətirəcək, camaat üçün olan çətinlik onun üçün olmayacaq və onun (behiştdəki) qonşuları Allahın saleh bəndələrindən olacaqdır.

10-“İbrahim” və “Hicr” surələri: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “İbrahim” və “Hicr” surələrini cümə gününün namazının iki rükətində oxusa, heç vaxt fəqirliyə və dəliliyə tutulmaz.”
14-“Zümər” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Zümər” surəsini oxusa, Allah-taala ona dünya və axirət şərəfini verər və onu mal-dövlətsiz  və qohum-əqrəbasız halda, başıuca edər.”)


-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub, Allahdan bir hacət diləsə, Allah-taala o hacətin yerinə yetirməsini asanlaşdırar.”)

“Nəbə” surəsi: Hər kəs hər gün sübh namazından sonra - bir ildən üç il müddətində - oxusa, Allah-taala ona həcc ziyarətini qismət edər. Həmçinin, hər gün əsr namazından sonra onu xəstənin şəfa tapması üçün oxumaq çox faydalıdır.
-“Fəcr” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Bu surə imam Hüseyn (ə)-ın surəsidir. Hər kəs onu vacib və müstəhəb namazlarda oxusa, behiştdə imam Hüseyn (ə)-la birgə olar.”
-“Bələd” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni oxuyub, ona əməl etsə, Allah-taala onu Peyğəmbər (s)-lə məhşur edər.”212

Комментариев нет:

Отправить комментарий