пятница, 12 июля 2013 г.

Hicab və ya Lazımlı əmniyyət



hicab








Bismillahir-Rəhmanir-Rəhim.
 
 
Allah Təala Quranın Nur surəsi 30-31-ci ayələrində əmr edir: Ey Rəsulum! Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!
Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)
O qadınlar ki hicabı sevərək geyiblər deyərlər: biz örtülü geyinib küçəyə çıxanda özümüzü çox rahat və arxayın hiss edirik. Bu hisslərə dəstək olaraq psixoloqların elmi açıqlamaları aşkar edilib.
Tanınmış psixoloq Syuzan Fiske və onun əməkdaşları Prinston universitetində “maqnit rezonanslı tomoqraf” cihazı ilə kişilərin beynində elmi tədqiqat aparmışlar. Kişilərə bir neçə yarım çılpaq və tam şəkildə geyimli kişi və qadın şəkillərini göstərmişlər. Tam geyimli şəkillərə qarşı aydın və iki təsirli reaksiyə müşahidə olunmamışdır. Lakin nə qədər yarım çılpaq və ya tədricə az geyimli şəkillər göstərdikcə daha çox “beyin qapağı gicgahın arxa izi” hissəsində reaksialar hərəkətə gəlmişdir. Beynin bu hissəsi bəzi alətlərə cavabdehdir, bununla belə xüsusən əllərin hərəkətə gəlməsi kimi.(Sikara Del-Amor). Onların dərhal bu bədənlərlə nə etmək istədiyini təsəvvürlərinə gətirmişlər. Bu sözü 2009 il 12-16 fevralda Amerikanın Çikaqo şəhərində “Elmi inkişaf asosiassiyası” konfransında demişdir. Beyində yarımçılpaq şəkillərə qarşı reaksiya, hərəkət edən obyektlə eyni səviyyədə özünə yer tutmuşdur. (Hindson). Zehində başsız yarım çılpaqların surəti daha yaxşı həkk olunmuşdur və təkrar baxışda tez tanınmışlar. Bu şəkillərin göstərmə müddəti bir saniyə belə çəkməmişdir. Yarım çılpaq şəkilləri göstərən zaman, kişilərədən bəzisinin reaksiyası dahada az qeydə alınmışdır, uzun suallardan sonra məlum olmuşdur ki öz əyalı ilə belə arası yaxşı deyil.
Fiske deyir: göstərilən fraqmentlər onun beyninin təsir gücünü tam şəkildə əhatə etməyi bacararsa, o zaman qadın deyil cinsi obyektinə çevrilər. Bu seans zamanı yarım çılpaq və tam geyimli qadınların təsviri haqqında soruşduqda. Tam geyimlilərə üçüncü şəxs əvəzliyindəki kimi cavab verirdilər. Misal üçün “o əlində çanta tutub” və ya “o kitab oxuyur” özlərinə bu qadını daha uzaq bilirdilər. Əlbəttə bu ifadələr onlardan ixtiyarsız şəkildə baş verirdi. (Eşilman, Landan). Axtarışların dediyinə görə porno (əxlaqsız) şəkil və filmlər insanı vəhşiliyə sövq edir, sonunda zorakarlıq və qadına ehtiramsızlıq hissi oyadır. Amerika əskərlərinin İraqa hucumu və amansızcasına dinc əhalini qırdığı zamanı, axşamlar güclü stresi söndürmək üçün ABŞ-ın silahlı qüvvələrinin əskərlərinə porno (zina) filimləri nümayiş etdirirdilər ki beyinləri tam vəhşiliyi əhatə etsin. (Çu, Ridjali). Bu günlər bizim bəzi camaatda küçədə vəhşi heyvan kimi görünməsi heçdə öz başına deyil, buna səbəb olan bir başa heyvanlığa təmas yaradan bizim yarımçılpaq televiziya qəhrəmanları səbəb olmuşdur. (Seyyid Rəzəvi).
Hicab nə üçündir? Cavab: Allah hicabı bunun üçün vacib edib ki, qadınlar cəmiyyətin yarısı və ya daha çoxluğunu təşkil edir. Belə isə qadın dedikdə ya kiminsə anası, kiminsə bacısı, kiminsə qızı, kiminsə gələcəkdə həyat yoldaşı bir sözlə bunların hamısı namus və ana yurdu sayılan tərbiyə ocağı anlamıdır. Allah istəmişki bu qiymətli xəzinə hər fəsaddan özünü və ətrafını qorusun. Heç bir sağlam düşüncəli cavan küçədə öz bədənindəki xallarının sayını göstərən qızla həyat qurmağa can atmaz, yaxutda heç bir ana öz oğluna dəniz çimərliyindən qız seçib onu özünə gəlin kimi rəva bilməz. Əksinə, insaniyyətin çağırışı olan evdə oturan, başı aşağı, iffətli, özünə qiymət verən qızın qapısına üz tutarlar.
Allah Təala Quranın başqa bir ayəsində (Bəqərə 187-də) bizə başa salır ki “Onlar (qadınlar) sizin (kişilərin), siz (kişilər) də onların (qadınların) libasısınız”. Allah, insanlarda izzəti başqa şeydə deyil libasda bildirdi. Yəniki, ey kişilər və qadınlar biri-birinizin iffətini qoruyun. Amma qaldı o ziyalı valideynlərə ki, öz qızlarına başlarını örtməkdən çəkindirirlər və səbəbinidə qızlarının ərsiz qalmasının dərdini çəkirlər. Xeyr heçdə belə deyil necə deyərlər böyüklərimiz: sən saydığını say gör fələk nə sayır. Bunada Allah sizdən əvvəl diqqət edib və ürəklərə vicdani bir qayda bəxş edib. Hansıki Nur surəsinin 3-cü ayəsində buyurmuşdur “Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər”. (Yaxşı, yaxşısını tapar. Bəd əxlaqlıda pisiylə tutuşar).
Kim deyib ki, Azərbaycan xalqının milli və mənəvi mədəniyyəti “Azad qadın” heykəlindən ibarətdir?! Aleksandr Serqeyeviç Puşkin heykəlinin mövcudluğu mədəniyyətimizin ona bağlı olmağını göstərirmi? Əlbətdə ki öz şəhvəti istəkləri və kimlərləsə ayaqlaşmaq arzusu ilə nəfəs alaraq, bu qısa ömürlərində dünyanın bütün nifrin ləzzətlərini imtahandan keçirib, hicabı, öz övladlarına və şagirdlərinə qadağa etmək onların şənindən heçdə uzaq deyil. Hicabın ünvanı sayılan Xanım Fatimeyi Zəhra (ə) buyurur: Qadın üçün ən xeyirlisi, kişiləri görməmək və kişilərin də onu görməməyidir. Haradadır özünə düzgün nümunə və yol axtaran qadınlar?
Seyyid Rəzəvi Zeynəbi
 
Media-islam.com



Комментариев нет:

Отправить комментарий