воскресенье, 11 мая 2014 г.

Hicab haqqinda hedisler

Hicab.

Qur’an: 
«Ey Peyğəmbər! Öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örtüklərlə örtünsünlər. Bu onların (iffətli, abırlı kimi) tanınması və (başqaları tərəfindən) əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və mehribandır.» (Əhzab, ayə 59)
Hədis: 
1374. İmam Əlinin (ə) oğlu Həsənə (ə) buyurduqlarından: «Gözləri naməhrəmləri görməsin deyə, qadınları pərdə arxasında saxla. Çünki, nə qədər çox pərdə arxasında qalsalar, sənə və onlara bir o qədər yaxşıdır. Onların kənara çıxması əmin olmadığın kişiləri onların olduğu yerə gətirməyindən daha pis deyil. Əgər bacarsan elə et ki, onlar səndən başqa heç bir kişi tanımasınlar.» (Tuhəful-Uqul, səh.86)
1375. İmam Əli (ə):«Buludlu və yağışlı bir gündə peyğəmbərlə Bəqi qəbristanlığında oturmuşduq, Oradan ulağa minmiş bir qadın keçərkən birdən ulağın ayağı calaya düşdü və qadın yıxıldı. Peyğəmbər (s) dərhal üzünü yana çevirdi. Orada olan səhabələr ərz etdilər:«Ey Allahın Rəsulu! O qadının (çadrasının altında) şalvarı var.» Peyğəmbər (s) üç dəfə buyurdu:«Ey Allahım! Şalvar geyinən qadınları bağışla. Ey insanlar, şalvar geyinin ki, şalvar sizi ən çox örtən paltardır və qadınlarınızı kənara çıxan zaman şalvarla qoruyun.» (Tənbihul-Xəvatir, c.2, səh.78)
1376. İmam Əli (ə):«Qadının qorunması onu daha şad, gözəlliyini daha davamlı edər.» (Ğurərul-Hikəm, hədis 5820)

Комментариев нет:

Отправить комментарий