воскресенье, 4 мая 2014 г.

Yağış namazı

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...



İlahi rəhmət (yağış) kəsildikdə, bulaqlar quruduqda, su azlığı yarandıqda Allahın rəhmətinin nazil olması və yağış yağması üçün namaz qılınır. Bu namazın adı “istisqa” və ya yağış namazıdır.
Bu da bir tövhid dərsidir. Yağış namazı Allahın rəhmət və qüdrətini yada salmaq üçündür. Çünki quraqlıq yarandıqda heç kimin əlindən heç bir iş gəlmir. Yalnız Allah buludlar göndərib öz rəhmətini xalqa nazil edə bilir.
Allah-təala buyurur: “De ki: “Əgər suyunuz qurusa, kim sizə axar su gətirə bilər?!” (“Mulk” surəsi, ayə 30)
Quraqlıq və yağışın kəsilməsi xalqın günahlarına görə Allahın qəzəb nişanəsidir. Demək, Allahı yada salmaq ağlamaq, yalvarış və tövbə Allahın quraqlığın qarşısını almasına səbəb olur. Yağış namazı Allahın rəhmətini cəlb etmək üçündür.

Комментариев нет:

Отправить комментарий