воскресенье, 4 мая 2014 г.

Allahı çox zikr etmək

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...



İndiyə qədər toxunduğumuz bütün mömin xüsusiyyətləri və əsas imani mövzular insanın özünü Allaha həsr etməsini, Allah üçün yaşayıb, Allah üçün mübarizə aparmasını tələb edir.
Allaha həsr olunmuş həyat üçün Allahla yaxın dialoq qurmaq vacibdir. Bu dialoqun yolu “zikr”, yəni Allahı xatırlamaqdır. Mömin “Ey iman gətirənlər! Allahı tez-tez yada salın!” (Əhzab surəsi, 41) hökmünə uyğun olaraq gündəlik həyatının hər anında zikr və dua halında olmalı, verilən nemətlərə qarşı dərin-dərin şükr etməli, səhvlərinə görə bağışlanma diləməli, edəcəyi işlər üçün kömək istəməli və tez-tez Allahı təsbih edib ucaltmalıdır. Mömini “Allahla dost” edən ibadət zikrdir. Bir ayədə zikrin icra forması belə bildirilir:

“Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.” (Əraf surəsi, 205)

Quranda “…Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir …” (Ənkəbut surəsi, 45) buyurulur. İbadətlər Allahı xatırlayaraq və Allahın razılığını düşünərək edilməzsə, qarşılıqsız əməl halına gələ bilər. Bu səbəbdən Quranda peyğəmbərlərin xarakterləri izah edilərkən Allahı necə zikr etdiklərinə diqqət çəkilir. Sad surəsinin 30-cu ayəsində “Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima (Allaha) üz tutardı” buyurulur.

Комментариев нет:

Отправить комментарий