четверг, 1 мая 2014 г.

Bismillahir Rəhmanir Rəhim... Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə). Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...



Qaraguruh gündən – günə azırdı...
Haqqı danıb, “yeni qanun” yazırdı...
O, Zəhranı qətl etməyə hazırdı –
Ya Məhəmməd, ya Fatimə, ya Əli!

Taxta qapı alışsada, yanmadı!
O, Zəhranın haqq olduğunu, danmadı!
Müşriklərsə, insan olub, qanmadı...
Ya Məhəmməd, ya Fatimə, ya Əli!

Fədək bağı qiyamətıə gələcək.
O, Zəhranın haqq olduğunu deyəcək.
Qadir Allah, öz hökmünü verəcək –
Ya Məhəmməd, ya Fatimə, ya Əli!

Fatiməyə “zinət” verdi mələklər...
Lay – lay qalıb, oxşayırdı küləklər...
Yer üzündə daşa döndü ürəklər –
Ya Məhəmməd, ya Fatimə, ya Əli!

Xanım köçdü, bilinmədi məzarı...
Cənnət oldu son mənzildə güzarı.
Müriklərin sağalmazdı azarı...
Ya Məhəmməd, ya Fatimə, ya Əli!

Qoy kül olsun bu dünyanın başına.
Yazılmadı “Zəhra” sözü daşına...
Qəbul eylə, ellər gəlib yasına –
Ya Məhəmməd, ya Fatimə, ya Əli!
Ya Məhəmməd, ya Fatimə, ya Əli!

Комментариев нет:

Отправить комментарий