воскресенье, 25 мая 2014 г.

Təyəmmümün şərtləri

Təyəmmümün şərtləri 3 növdür.

1)Üzərinə təyəmmüm edilən şeyin şərtləri:
I-Pak olmalıdır
II-Mübah olmalıdır, yəni qəsbi olmamalıdır
2)Təyəmüm üzvlərinin şərtləri:
I-bir maneə olmamalıdır
3)Təyəmümün qaydasının şərtləri:
I-Alın və əlin üstü yuxarıdan aşağıya doğru məsh edilməlidir.
II-Tərtibə və muvalata riayət olunmalıdır.
III-Mübaşirətə riayət olunmalıdır. Yəni, təyəmümü insan şəxsən özü və öz iradəsi ilə yerinə yetirilməlidir.
 1.Üzərinə təyəmmüm edilən şey pak olmalıdır.
2. Üzərinə təyəmmüm edilən şey mübah olmalıdır. Amma əgər insan bu şeyin mübah olduğunu bilməsə və ya qəsbi olduğunu unutsa, etdiyi təyəmmüm düzdür.
3. Təyəmmüm üzvlərində heç bir maneə olmamalıdır
Odur ki, təyəmmüm edərkən üzüyü barmaqdan çıxartmaq lazımdır. Həmçinin əgər bu üzvlərə bir şey yapışsa və ya dərinin üzərini örtsə, təyəmmümdən öncə onu aradan qaldırmaq lazımdır.
Diqqət:
• Əlin üstündəki və ya alındakı tüklər təyəmmüm üçün maneə sayılmır. Lakin əgər başdakı saç alına tökülsə, təyəmmüm zamanı onu kənara çəkmək lazımdır.
• Əgər yara, sınıq və s. bu kimi səbəblərə görə təyəmmüm üzvü sarğı ilə sarılıbsa və və onu açmağın zərəri və ya məşəqqəti varsa, sarğını açmadan təyəmmüm etmək lazımdır.
4. Alın və əlin üstü yuxarıdan aşağıya doğru məsh edilməlidir
5. Tərtib
Təyəmmüm, yuxarıda qeyd olunan qaydada yerinə yetirilməlidir (yəni, təyəmmüm əməllərinin ardıcıllığına riayət edilməlidir). Əks təqdir-də, təyəmmüm düzgün deyildir.
6. Muvalat
Təyəmmüm əməlləri fasiləsiz yerinə yetirilməlidir.Deməli, əgər təyəmmüm edən şəxs, təyəmmüm əməllərinin arasında o qədər fasilə etsə ki, kənardan təyəmmüm etdiyi müşahidə olunmasa, onun təyəmmümü düzgün deyildir.
7. Mübaşirət
Təyəmmüm edən şəxs təyəmmüm əməllərini şəxsən özü və heç kimin köməyi olmadan yerinə yetirməlidir. Amma əgər insan iflic olduğu üçün və ya digər xəstəliklərə görə özü təyəmmüm edə bilməsə, özünə nayib tutmalıdır.
Nayib olan şəxs təyəmmüm edən şəxsin əlindən tutub, onun öz əli ilə təyəmmüm etdirməlidir. Əgər belə etmək mümkün olmasa, nayib olan şəxs öz əlini yerə vurub, həmin şəxsin alnına və əllərinə çəkməlidir.
Diqqət:
Təyəmmüm üzvlərinin (alın və əllərin üstü) pak olması şərt deyildir. Hərçənd pak olması ehtiyata uyğundur                                                                          .8.Təyəmmümün hökmləri
1) Əgər üzərinə təyəmmüm etmək üçün əvvəldə sadalanan şeylər tapılmasa, xalça, paltar və s. bu kimi əşyaların üzərinə yığılan toza təyəmmüm etmək olar. Bu da tapılmasa, palçığa təyəmmüm etmək olar. Əgər bunların heç birini əldə etmək mümkün olmasa (məsələn, insan təyyarədə olsa), vacib ehtiyata görə namazı öz vaxtında dəstəmazsız və təyəmmümsüz qılmaq, sonra dəstəmaz və ya təyəmmümlə qəzasını qılmaq lazımdır.
2) Şəri vəzifəsi təyəmmüm etmək olan şəxs, vacib ehtiyata görə na-maz vaxtından öncə namaz üçün təyəmmüm edə bilməz. Lakin əgər bir şəxs, namaz vaxtından öncə vacib və ya müstəhəb bir əməl üçün təyəmmüm etsə və namaz vaxtınadək təyəmmüm etmək üçün olan üzrü aradan qaxlmasa, həmin təyəmmümlə namaz qıla bilər.
3) Namaz vaxtının axırına qədər təyəmmüm etmək üçün şəri üzrünün aradan qalxacağını bilən şəxs, vaxtın əvvəlində təyəmmüm edib namaz qıla bilməz. Bu şəxs üzrü aradan qalxanadək gözləməli, üzrü aradan qalxdıqdan sonra dəstəmaz alıb və ya qüsl edib namaz qılmalıdır.
4) Əgər qüsl əvəzınə təyəmmüm edən şəxsdə hədəsi-əğsər baş versə, məsələn, bövl etsə, təyəmmüm etmək üçün şəri üzrü aradan qalxanadək vacib ehtiyata görə, təharətin şərt olduğu əməllər üçün qüsl əvəzinə yenidən təyəmmüm etməli və dəstəmaz almalıdır. Lakin əgər dəstəmaz ala bilmirsə, dəstəmaz əvəzinə də bir təyəmmüm etməlıdır.
5) Əgər insan, su olmadığı üçün və ya digər səbəblərə görə təyəmmüm etsə, üzrü aradan qalxdıqdan sonra etdiyi təyəmmüm batildir.
6) Dəstəmazı pozan işlər dəstəmaz əvəzinə olan təyəmmümü də pozur və qüslü pozan işlər qüsl əvəzınə olan təyəmmümü də pozur.
7) Namaz vaxtının darlığı səbəbi ilə edilən təyəmmümdən başqa digər səbəblərə görə qüsl əvəzinə edilən təyəmmüm, şəri baxımdan qüsl hökmündədir. Deməli, insan, cənabət qüslü əvəzinə edilən təyəm-mümlə məscidə daxıl ola, namaz qıla, Quranın yazısına əl vura və bu kimi əməlləri yerinə yetirə bilər.

Комментариев нет:

Отправить комментарий