суббота, 17 мая 2014 г.

Leylətul-Rəğaib "arzular gecəsi"

Leylətul-Rəğaib

Həzrət Rəsuləllah(s): "Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə"arzular gecəsi" deyərlər"

Rəcəb ayının birinci cümə gecəsinə "Leylətul-Rəğaib" - "arzular gecəsi" deyilir. Cümə axşamı günü oruc tutmağın böyük savabı var. Hz.Peyğəmbər(s) buyurur: "Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər".
Bu günün savabını qazanmaq üçün həftənin dördüncü günü oruc tutulur, cümə gecəsi Şam və İşa namazları arasında on iki rükət (altı dəfə iki rükətli namaz) namaz qılnır. Hər rükətdə "Fatihə" surəsindən sonra üç dəfə "Qədr" və on iki dəfə "İxlas" surəsini oxunmalıdır. Namazdan sonra bu zikr yetmiş dəfə oxunmalıdır: "Əllahummə səlli əla Muhəmmədin ən-nəbiyyil ummiyyi və alihi". Sonra səcdə etməli və səcdədə yetmiş dəfə bu zikri deməlidir:"Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh".Sonra başını səcdədən qaldırmalı və yenidən səcdəyə gedərək bu zikri yetmiş dəfə deməlidir:"Rəbbi iğfir vərhəm vətəcavəəmma tə`ləm (minni), innəkə əntəəliyyul əzim"Bu dəfə də başını səcdədən götürməli və yenidən səcdəyə gedərək bu zikri yetmiş dəfə deməlidir:"Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh"

Rəcəb ayının 13-ü mübarək günlərdən sayılır. Bu gün "Əyyamul-bizz” adlanan fəzilətli günlərin birincisidir. "Əyyamul-bizz 3 gün davam edir – Rəcəbin 13-ü, 14-ü və 15-i."Əyyamul-bizz” birinci gecəsi iki rükət namaz qılmaq tövsiyə olunur. Hər rükətdə "Fatihə”dən sonra "Ya sin” və "Mulk” surələri oxunmalıdır."Əyyamul-bizz”in ikinci gecəsi eyni qaydada dörd rükət (iki rükətli iki namaz), üçüncü gecəsi isə eyni tərzdə 6 rükətli (iki rükətli 3 namaz) qılmaq yaxşıdır. Imam Sadiq(ə) buyurur ki, hər kim buna əməl edərsə bütün bu ayı dərk etmiş olar və şirkdən başqa bütün günahları bağışlanar. Bu günləri oruc tutmaq da bəyənilir.
On üçüncü gün Hz.Əlinin(ə) mövlududur. Həmin gün İmamı(ə) ziyarət etmək, ona hədiyyə namazı qılmaq bəyənilən əməllərdəndir.
On beşinci gecə və on beşinci gün qüsl almaq, əhya saxlamaq, İmam Hüseynin(ə) ziyarətnaməsini oxumaq, Slaman Farsinin namazını qılmaq, Ummu Davudəməlini yerinə yetirmək müstəhəbdir.

Peyğəmbər (s): "Rəcəb ümmətimin istiğfar ayıdır" Hədis və rəvayətlərdə Rəcəb ayının hər günündə oxunan çoxlu dualar nəql olunur. İmam Sadiqin(ə) səhabələrindən biri ondan xahiş edir ki, Rəcəb ayı üçün bir dua öyrətsin. İmam(ə) namazlardan sonra ona bu duanı oxumağı tövsiyə edir:

"Bismillahir-Rəhmanir-Rəhim. Ya məərcuhu li kulli xeyr və amənə səxətəhu ‘ində kulli şərr. Ya mən yu’til-kəsirə bil qəlil.Ya mən yu’ti mən səələh. Ya mən yu’ti mən ləm yəs’əlhu və mən ləm yə’rifhu təhənnunən minhu və rəhməh. Ətini bi məs’ələti iyyək cəmi’ə xeyrid-dunya və cəmi’ə-xeyril axirəh. Vəsrif ‘ənni bi məsə’ləti iyyək cəmi’ə şərrid-dunya və şərril-axirəh. Fəinnəhu ğeyru mənqusın mə ə’təyt və zidni min fəzlikə ya Kərim”(sonra imam Sadiq (ə) sol əlinə alıb sağ əlinin işarə barmağını yellədərək bu duanı oxudu:)"Ya zəl cəlali vəl-ikram, ya zən-nə’mai vəl-cud, ya zəl-mənni vət-təul, hərrim şeybəti ‘ələn-nar”.(Əgər kiminsə saqqalı yoxdursa, saşından tutub duanın sonunda "şeybəti” yerinə "şəri” desin)
Hz.Rəsuləllah(s) isə buyurub ki, hər kəs aşağıdakı duanı 100 dəfə oxuyub sədəqə ilə başa vursa, Allah-təala Öz rəhmət və məğfirətini onun üzərinə aşar. Hər kəs bu duanı 400 dəfə oxusa, ona yüz şəhid savabı verilər:
"Əstəğfirullahəl-ləzi la ilahə illa hu, vəhdəhu lə şərikə ləhu və ətubu ileyh” Peyğəmbərimiz(s) həmçinin bu ayda 1000 dəfə"La ilahə illəllah”və 1000 dəfə"Əstəğfirullahə zəl-cəlali vəl-ikram min cəmi’iz-zunubi vəl asam”zikrlərini oxumağı tövsiyə edib.
Bu ayın digər əməlləri ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün "Məfatihul-cinan” kitabına müraciət edə bilərsiz.

Комментариев нет:

Отправить комментарий