понедельник, 19 мая 2014 г.

Imam Baqirdən (ə) hədislər

Imam Baqir (ə) buyurur:"Peyğəmbərdən (s.a.s) soruşdular ki,ən yaxşı bəndə kimdir?
Buyurdu:O bəndədir ki,yaxşı iş gördükdə sevinər,pis iş gördükdə isə bağışlanmaq istəyər,ona bir şey veriləndə təşəkkür edər,çətinliyə düşdükdə səbr edər və qəzəbləndikdə güzəştə gedər."
Imam Baqir (ə) buyurur:"Bəndə 40 gün müddətində imanını yalnız Allah üçün xalis edərsə,Allah-təala onu dünyaya qarşı meyilsiz (zahid) edər,dünyanın dərd və dərmanını ona tanıtdırar və daha sonra hikməti onun qəlbində möhkəmləndirib dilinə gətirər."
Imam Baqir (ə) buyurur:"Bizim şiəmiz olan şəxs təqvalıdır.Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanlardır."
Imam Baqir (ə) buyurur:"Dünyasını axirətinə,axirətini isə dünyasına görə tərk edən kəs bizdən deyildir."
Imam Baqir (ə) buyurur:"And olsun Allah ki,O,Öz dərgahına israrla əl açanların istəyini verər."
Imam Baqir (ə) buyurur:"Mömin dağdan da möhkəmdir.Dağdan bir şey azalar,amma möminin dinindən bir şey azalmaz."
Imam Baqir (ə) buyurur:"Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən"(ayəsi) barəsində buyurmuşdur:"O imam olmadığı halda "mən imamam" deyən kəsdir.

Комментариев нет:

Отправить комментарий