понедельник, 19 мая 2014 г.

Axiret-azuqəsi-1

Bəndəlik və nicat yolu;


BƏNDƏLİK VƏ NİCAT YOLU

Qarşınızdakı kitab, əziz peyğəmbərimiz həzrət Məhəmmədin (s) öz yaxın və uca məqamlı səhabələrindən biri olan Əbuzərə


Səhifə sayı: 2

söylədiyi qısa və dərin məzmunlu nəsihətlərindən ibarətdir. Bu rəvayət cüzi fərqlərlə «Məkarimul-əxlaq», «Əmaliyi Şeyx Tusi»,«Məcmueyi-vərram» və «Biharul-ənvar» kimi mötəbər kitablarda qeyd olunmuşdur. Biz bu hədisin «Biharul-ənvar»da)N$O@O#$R%F^N&O(T*E!     11)N$O@O#$R%E^F&N(O*T!     1 olan nümunəsini seçib, bunun barəsində izah və təfsir verməyi qərara aldıq.
Əbul-əsvəd Duəli nəql edir: «Əbuzər, Rəbəzə adlı səhrada sürgündə olduğu zaman ona baş çəkməyə getmişdim. O, mənə belə bir əhvalat danışdı: «Bir gün sübh tezdən məscidə getmişdim. Peyğəmbərin (s) Əli (ə) ilə məsciddə tənha oturduqlarını gördüm. Salamlaşıb hal-əhval tutduqdan sonra fürsəti qənimət bilib həzrətə (s) yaxınlaşaraq, ərz etdim: «Atam-anam sənə qurban, mənə elə bir nəsihət et ki, bununla Allah-təala mənə xeyir və mənfəət yetirsin». Həzrət (s) buyurdu:
«Ey Əbuzər! Sən kəramətli bir insansan və biz Əhli-beytdən hesab olunursan»)N$O@O#$R%F^N&O(T*E!     22)N$O@O#$R%E^F&N(O*T!     2.
Ərəb dilində təəccüb və heyrət ifadə edərkən, «Əf`il bih» fel formasından istifadə olunur. Məsələn, birinin gözəlliyindən heyrətə gələn zaman «Əcmil bikə», yəni «nə qədər də gözəlsən!» deyirlər. «Əkrim bikə» sözü də «sən necə də kəramətlisən!» mənasını ifadə edir.
Peyğəmbərin (s) «kərim» sözünü Əbuzərə aid etməsi və onu Əhli-beytindən bilməsi, bu möhtərəm səhabənin o Həzrətin yanında olan yüksək izzət və hörmətinin əlamətidir. Peyğəmbər (s) bu sözü Salman Farsi barəsində də buyurmuşdur:
«Salman biz Əhli-beytdəndir».
Bundan sonra Peyğəmbər (s) nəsihətinə davam edərək buyurur: «Ümidvaram, sənə nəsihət olaraq dediyim bu sözləri yadda saxlayıb, əməl edəcəksən. Çünki bütün xeyir və xoşbəxtlik yolları, dediyim sözlərdə cəm olmuşdur. Əgər mənim bu vəsiyyətimə əməl etsən, dünya və axirət xeyrini əldə etmiş olacaqsan».
Yuxarıdakı cümlədə «vəsiyyət» sözü ölüm ayağında edilən vəsiyyətdən fərqli olaraq, «nəsihət», «öyüd» mənasında verilmişdir. Eləcə də, ərəbcə mətndə işlənilən «təriq», «səbil» sözlərinin hər ikisinin «yol» mənasında olmasına baxmayaraq, «təriq» «əsas və geniş yol», «səbil» isə «kiçik yol» mənasını ifadə edir.
Mətndə işlənilən «kiflan» sözü iki məna dayışır. Bu mənalardan biri «rəhmət» mənasındadır. Quranda gələn «کفلان» sözü də, bu mənada işlədilmişdir:

Haşiyələr:
  Beyrut çapı, cild 74; İran çapı 77.
  Rağib İsfahani «Müfrədat» kitabında «kərəm» və «kəramət» kəlmələri barədə deyir: «Allah tərəfindən olan bütün xeyir və nemətlər «kərəm» adlandırılır. Bu söz insana aid edildikdə isə «xoşrəftar», «gözəl əxlaq» və «alicənablıq» mənalarını ifadə edir.   Bəzi alimlərin fikrincə, «kərəm» sözü «hürriyyət» mənasınada da işlədilir. «Hürriyyət» sözündən həm kiçik, həm də böyük xeyirləri ifadə etmək üçün istifadə olunur. Lakin bundan fərqli olaraq, «kərəm» sözü yalnız «böyük xeyirlər» mənasınadır və ancaq «böyük yaxşılıqlar»a deyilir. Bütün mal-dövlətini İslam ordusunun təchiz edilməsinə sərf edən adam kimi» («Əl-müfrədat fi ğəribil-Quran»; «Darul-mərifət», səh. 428).   «Kəramət», qarşılığı çətin tapılan sözlərdəndir. «Əzəmət», «nəfasət», «şərafət», «izzət» və «səxavət» sözləri bu kəlmənin tam mənasını açıqlamır. Bu sözün geniş və dərin mənasını ifadə etmək üçün yalnız bunu qeyd etmək kifayətdir ki, bu sözdən Qurani-kərimdə yüksək dərəcədə və yuxarı mövqedə duran şəxs və əşyaların xüsusiyyətlərini bəyan etmək üçün istifadə olunub. Biz bunlardan bir neçəsinə işarə edirik:1. Allahın sifəti - «Nəhl» surəsi, ayə 402. Peyğəmbərin xüsusiyyəti - «Təkvir» surəsi, ayə 193. Ərşin xüsusiyyəti - «Muminin» surəsi, ayə 1164. Mələklərin xüsusiyyəti - «İnfitar» surəsi, ayə 115. Həzrət Musanın (ə) xüsusiyyəti - «Duxan» surəsi, ayə 176. Həzrət Yusifin (ə) xüsusiyyəti - «Yusif» surəsi, ayə 317. Möminlərin behiştdə yerlərinin xüsusiyyəti - «Şüəra» surəsi, ayə 588. Möminlərin ruzisinin xüsusiyyəti - «Ənfal» surəsi, ayə 4.                                                  

Səhifə sayı: 3

«Ey iman gətirənlər, Allahdan qorxun və rəsuluna iman gətirin ki, Allah da sizə öz rəhmətini artıqlaması ilə inayət etsin»)N$O@O#$R%F^N&O(T*E!     33)N$O@O#$R%E^F&N(O*T!     3.  «Hədid» surəsi, ayə 28.

Əgər bunu nəzərə alsaq, Peyğəmbərin (s) sözünü aşağıdakı kimi mənalandırmaq olar: «Əgər mənim nəsihətimə əməl etsən, ikiqat xeyrə qovuşacaqsan». Amma bu sözün ehtimal edilən digər mənası, dünya və axirətdir. Belə olan halda, cümlənin mənası bu cür olar: Əgər mən deyənə əməl etsən, dünya və axirət səadətini qazanmış olacaqsan.

Комментариев нет:

Отправить комментарий