суббота, 17 мая 2014 г.

Ramazan ayının fəzilətləri

Peyğəmbər (s): "Rəcəb ümmətimin istiğfar ayıdır"
Hədis və rəvayətlərdə Rəcəb ayının hər günündə oxunan çoxlu dualar nəql olunur. İmam Sadiqin(ə) səhabələrindən biri ondan xahiş edir ki, Rəcəb ayı üçün bir dua öyrətsin. İmam(ə) namazlardan sonra ona bu duanı oxumağı tövsiyə edir:


"Bismillahir-Rəhmanir-Rəhim. Ya mən ərcuhu li kulli xeyr və amənə səxətəhu ‘ində kulli şərr. Ya mən yu’til-kəsirə bil qəlil.Ya mən yu’ti mən səələh. Ya mən yu’ti mən ləm yəs’əlhu və mən ləm yə’rifhu təhənnunən minhu və rəhməh. Ə’tini bi məs’ələti iyyək cəmi’ə xeyrid-dunya və cəmi’ə-xeyril axirəh. Vəsrif ‘ənni bi məsə’ləti iyyək cəmi’ə şərrid-dunya və şərril-axirəh. Fəinnəhu ğeyru mənqusın mə ə’təyt və zidni min fəzlikə ya Kərim” (sonra imam Sadiq (ə) sol əlinə alıb sağ əlinin işarə barmağını yellədərək bu duanı oxudu:) "Ya zəl cəlali vəl-ikram, ya zən-nə’mai vəl-cud, ya zəl-mənni vət-təul, hərrim şeybəti ‘ələn-nar”. (Əgər kiminsə saqqalı yoxdursa, saşından tutub duanın sonunda "şeybəti” yerinə "şəri” desin)

Hz.Rəsuləllah(s) isə buyurub ki, hər kəs aşağıdakı duanı 100 dəfə oxuyub sədəqə ilə başa vursa, Allah-təala Öz rəhmət və məğfirətini onun üzərinə aşar. Hər kəs bu duanı 400 dəfə oxusa, ona yüz şəhid savabı verilər:

"Əstəğfirullahəl-ləzi la ilahə illa hu, vəhdəhu lə şərikə ləhu və ətubu ileyh”

Peyğəmbərimiz(s) həmçinin bu ayda 1000 dəfə "La ilahə illəllah” və 1000 dəfə "Əstəğfirullahə zəl-cəlali vəl-ikram min cəmi’iz-zunubi vəl asam” zikrlərini oxumağı tövsiyə edib.

Bu ayın digər əməlləri ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün "Məfatihul-cinan” kitabına müraciət edə bilərsiz.


Rəcəb ay hicri-qəməri aylarının yeddincisi və haram ayların dördüncüsüdür. Bu ay İlahi rəhmətin yağan ayı və həzrət Əlinin (ə) ayıdır. Bu ay bərəkətli və müqəddəs aydır. Hətta cahiliyyət dövrünün ərəbləri də bu aya ehtiram edib, bu ayda müharibə etməz və qan tökməzmişlər. Bu ayda oruc tutmaq savabdır. Bu ayda Allah-taala bəndələrini öz rəhmətinə qərq edir.Möminlərin ağası həzrət İmam Əli (ə) bu ayı oruc tutardı. O həzrət bu ayın barəsində buyurur: "Rəcəb mənim ayım, Şəban Peyğəmbərin (s) ayı və Ramazan Allah-taalanın ayıdır”.İbn Əbbas deyir: "Hər il Rəcəb ayı çatdığı zaman Peyğəmbər (s) müsəlmanları bir yerə toplayır və bu ayın əzəmət və fəzilətindən danışırdı".

Bu ayın hər gününün müştərək əməlləri:

 Oruc tutmaq:

Səmaə bin Mehran İmam Sadiqdən (s) və O həzrət də atalarından rəvayət edərək buyurur: "Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs Rəcəb ayında üç gün oruc tutarsa, Allah-taala onun tutduğu hər gün üçün bir il oruc tutmaqın savabın yazar. Və hər kəs bu ayda yeddi gün oruc tutarsa cəhənnəmin yeddi qapısı onun üzünə bağlanar. Hər kəs bu ayda səkkiz gün oruc tutarsa, səkkiz cənnətin qapısı onun üzünə açılar. Hər kəs bu ayda onbeş gün oruc tutarsa Allah-taala qiyamət günü onun hesab verməyini asan edər. Və hər kəs bu ayın hamsını oruc tutarsa, Allah-taala onun əməl kitabına özünün ondan razı olduğunu yazdırar və hər kəsin əməl kitabına Allah-taalanın razılığı yazılarsa, Allah-taala h onu əzab etməz”.İmam Cəfər Sadiqdən (ə) rəvayətdir ki, Həzrət Nuh (ə) Rəcəb ayının birinci günü gəmiyə minmiş və öz qövminə bu günü oruc tutmağı əmr etmişdir. Bəs hər kəs bu günü oruc tutarsa od ondan bir illik yol məsafəsində uzaqlaşacaqdır.....”

 Ömrə həccinə getmək:

Bu ayda həcci-ömrəyə getmək savabdır. İmam Baqir (s) və Sadiqdən (ə) rəvayətdir ki, bu ayın ömrəsi savabda Həccin savabı ilə bərabərdir.

 Hər gün aşagıdakı duaları oxumaq:

İmam Səccad (ə) (bu ay hər gün) Kəbənin kənarında səcdəyə gedər və bu duanı oxuyardı: "Əzuməz-zənbu min əbdikə, fəl-yəhsunul əffə min indik""(İlahi) bəndənin günahları çox və böyükdür, əfvini (mənim üçün) yaxşı et"b) - İmam Sadiq (ə) Müəlla bin Xənisə buyurdu ki, bu ay hər gün bu duanı oxu: "Əllahummə inni əsəlukə səbrəş-şakirin ləkə və əmələl xaifinə minkə və yəqinəl abidinə ləkə.Əllahummə əntəl-əliyyul-əzim və ənə əbdukəl-baisul-fəqir, əntəl ğəniyyul-həmid və ənə əl-əbduz-zəlil.Əllahummə səlli əla Muhəmmədin və alihi.Vəmnun bi-ğinakə əla fəqri və bi-helmukə əla cəhli, və bi quvvətikə əla zə`fi, ya qəviyyu ya əziz! Əllahummə səlli əla Muhəmmədin və alihil əvsiyail-mərziyyin.Vəkfini ma əhəmməni min əmrid-dünya vəl-axirəti ya ərhəmər-rahimin!" c) Hər vacib namazdan sonra bu duanı oxumaq:"Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərrin, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu, ya mən yu`ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhmətən. Ə`tini biməsələti iyyakə cəmiə xəyrid-dünya və cəmiə xəyril axirəti, vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril axirəti, fə-innəhu ğəyru mənqusin ma əətəytə və zidni min fəzlikə ya kərimu, ya zəl-cəlali vəl ikram, ya zənnəəmai vəl cudi ya zəlmənni vət-təvli, hərrim şəybəti ələn-nar" d) Hər namazdan sonra bu duanı oxumaq:"La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmdu, yuhyi və yumit və huvə həyyun la yəmut, bi-yədihil xəyru və huvə əla kulli şəyin qədir və iləyhil məsir və la həvla və la qüvvətə illa billahil əliyyil əzim. Əllahummə səlli əla Muhəmmədin ən-nəbiyyil ummiyyi və alihi" (Məfatihul cinan, s.138)



 İmam Rzanın (ə) ziyarətnaməsini oxumaq

Комментариев нет:

Отправить комментарий