воскресенье, 11 мая 2014 г.

Ehram nədir və necə bağlanır?




Ehram geyinməyin 3 vacib şərti var:
Ehram paltarını geyinmək, niyyət etmək və təlbiyyə oxumaq. 
Ehram paltarı – iki hissədən ibarətdir. Ehram bağlayan hər bir kişi mütləq əynindəki paltarı soyunub bu iki parçanın birini çiyninə atmalı, digərini isə fitə kimi belinə bağlamalıdır. 
Ehramın niyyəti – Ehram bağlayan hər bir kəs mütləq qəlbində və ya dili ilə niyyət etməlidir. Həmçinin niyyətdə qeyd etməlidir ki, məsələn, ümrə üçün ehram bağlayır, yoxsa həcc üçün, həcci, yaxud ümrəni öz yerinə yetirir, yoxsa başqasının əvəzində və s. Beləliklə, vacibi həcci yerinə yetirmək istəyənlər belə niyyət etməlidirlər: “Həccətül-İslamın ümreyi-təməttüsü üçün ehram bağlayıram vacib qürbətən iləllah”. 
Təlbiyyə - Ehram paltarını geyinib niyyət etdikdən sonra mütləq aşağıdakı şəkildə təlbiyyə deyilməlidir: “Ləbbeyk Allahummə ləbbeyk, ləbbeykə la şərikə ləkə ləbbeyk”. Bunu əlavə etmək daha da yaxşıdır: “İnnəl həmdə vən-nimətə ləkə vəl-mulkə la şərikə lək”.
Təlbiyyə dəqiqliklə tələffüz olunmalıdır! 

Комментариев нет:

Отправить комментарий