суббота, 3 мая 2014 г.

İmam Hadinin (ə) şəhadətinin ildönümü günü ilə bağlı başsağlığı veririk

İmam Hadinin (ə) şəhadətinin ildönümü günü ilə bağlı başsağlığı veririk
—Bu gün şənbə 1435-ci hicri qəməri ili rəcəb ayının üçü şiələrin 10-cu imamı və əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) pak nəvələrindən Həzrət İmam Əliyyən-Nəqinin (ə) şəhadətinin ildönümü gününə təsadüf edir.
 
1181 il öncə məhz belə bir gündə 254-cü hicri qəməri ili üç rəcəbdə Həzrət İmam Əliyyən-Nəqi (ə) şəhid oldu.
 
O həzrət 212-ci hicri qəməri ilində Mədinə şəhəri yaxınlığında dünyaya göz açdı və əziz atası İmam Cavadın (ə) təlimlərindən faydalandı.
 
İmam Hadi atasının şəhid olmasından sonra imamlıq məsuliyyətini və islam ictmaiyyətinin rəhbərliyini üzərinə götürdü. İmam Əliyyən-Nəqinin (ə) məşhur ləqəblərindən biri Hadi yəni hidayət edici deməkdir.
İmam Hadi (ə) həqiqi islamın parlaq simasının tanınması istiqamətində çoxlu səylər göstərdi.

Комментариев нет:

Отправить комментарий