суббота, 17 мая 2014 г.

Ramazan ayının fəzilətləri

Ramazan ayının fəziləti

1-   Ramazan Allahın adlarından biridir:

İmam Baqir (ə) buyurub : Həqqiətən Ramazan, Allah əzzə və cəllənin adlarından biridir
2-   Ramazan ayını qarşılamaq:
İmamSadiq (ə) buyurub :Ramazan ayı yetişdikdə Peyğəmbər(s)buyurardı:
İlahi ! Ramazan ayı yetişdi! Allahım! Ey Ramazan ayının pərvərdigarı !Elə bir ayki ,Quranı onda nazil etmisən və onu hidayət nişanəsi və mohkəm dəlil qərr vermisən!Bu ayı bizə mübarək et,biz buayın namaz və orucunuda yardımçı ol və bunu bizdən qəbul et!
     3- Ramazan ayının fəziləti
Ramazan ayı Allahın ayıdır . Elə bir aydır ki , Allah taala bu ayda yaxşını artırır , pisi məfv edir. Bu ay bərəkət aayıdır .Qaydış ,Tövbə,bağışlanma ,atəçdən qurtuluş və cənnət ayıdır.Agah olun!Bu ayda bütün haramlardan uzaqlaşın . Bu ayda Quran çox tilavət edin .Ğz hacətlərinizi Allahan diləyin .Bu ay boyu Allahı zikir ilə məşğul olun . Ramazan ayı sizin üçün başqa aylar kimi olmasın.Çün ki  bu ay Allah dərgahında digər aylardan üstün və hörmətlidir ş
4-Allahın müxlis bəndələrinin istəyi :
Həzrət Rəsulullah (s) buyurub: Əgər bəndə Ramazan ayında nələrin olduğunu bilsəydi , onun il boyu davam etməsini istəyərdi
  5- Bu ayın Ramazan Adlandırılmasının səbəbi
Həzrət Rəsulullah (s) buyurub:Mübarək Ramazan ayı ona görə belə adlanmışdır ki, bu ay günahları yandırıb yox edir
 6- Bu adın hörməti barədə:
Həzərti Əli (ə) buyurub: Ramazan deməyin ,Ramazan ayı deyin! Çünki həqiqətən siz Ramazanın nə olduğunu dərk etmirsiniz
7- Şeytanın zəncirlənməsi:
Həzrət Rəsulullah (s) buyurub: Mübarək Ramazan ayı yetişdikdə, cəhənnəm qapıları bağlanar ,cənət qapıları açılar və şeytan zəncirlənər
8- Həl mən taib ?nidası:
Həzrət Rəsulullah (s) buyurub: Mütəal Allah Ramazan ayının hər gecəsi 3-dəfə nida edər : bir istəyi olan varmı ki,onun istəyini verim? Tövbə edən varmı  ki,tövbəsini qəbul edim ?Bağışlanma istəyən varmı ki, onu bağışlayım ?Ehtiyacsızqadirə , ədaalətli failəborc verən varmı?
Həmçinin buyurub: Allah taala Ramazan ayının hər axşamı , iftar zamanı   min min nəfəri cəhənnəm odundan xilas edər .Cümə günü olduqdaa  gecə-gündüz boyunca  hər saatda min-min nəfər oddaan xilas edər , birhalda ki, onlar cəhənnəm oduna laiq idilər .Ramazan ayının son günü isə bu ay boyunca azadqədər insanı cəhənnəm odundan azad edər
9- Atəşdən nicat tapanlar:
İmam Səccad (ə) buyurub: Həqiqətən Allah taala Ramazan ayının hər gecəsi 70 min günahgarı atəşdən azad edir . Ramazan ayının son gecəsi isə bütün ay boyu azad edilmişlərin  sayı qədər günahgar insanları cəhənnəmdən azad edir .
10- Ramazan ayı günahların kəffarəsidir :
Həzrət Rəsulullah (s) buyurub: Həqiqətən Ramazan ayı gələn ilin Ramazan ayına qədər insanın işlətdiyi günhların kəffarəsidir . Həmçinin Cənnət,bu ilin Ramazan ayında gələn ilin Ramazan ayınadək oruc tutanlar üçün bəzədilir.
11-Savabların iki qat artması:
Həzrət Rəsulullah (s) buyurub: Ramazan ayı Allahın ayıdır. Elə bir ayki, yaxşı əmmələrin savabı ikiqat çox hesablanır.
ardı var
 
 

Комментариев нет:

Отправить комментарий