понедельник, 19 мая 2014 г.

Özünü bəyənmək (Ucb.Xudpəsəndlik)

Özünü bəyənmək (Ucb.Xudpəsəndlik)

İmam Əli (ə): «Heç bir tənhalıq xudpəsəndlik qədər qorxu yaradan deyil.»
İmam Əli (ə): Xudpəsəndlik çatışmazlıqları üzə çıxarar.»
İmam Əli (ə): «Xudpəsəndlik axmaqlıqdır.»İmam Əli (ə): «Məbada özündən razı olasan. Belə olan halda səndən narazılar çox olar.»İmam Əli (ə): «Xudpəsəndliyin meyvəsi düşmənçilik və kindir.»
İmam Əli (ə): «Xudpəsəndlik düzgün fikirləşməyin düşməni və ağılların bəlasıdır.»
İmam Əli (ə): «Xudpəsəndlik ağlı korlayar.»
İmam Əli (ə): «Xudpəsəndlik tərəqqi və kamala maneədir.»
İmam Baqir (ə) və ya İmam Sadiq (ə): «Allah-taala buyurur: Bəndələrdən bəziləri, onları sevməyim üçün Məndən ibadətin uğurunu nəsibləri etməyimi diləyir. Ancaq bunu onlara nəsib etmərəm ki, məbada öz əməllərindən qürur duyar və xudpəsəndliyə düçar olarlar.»
İmam Sadiq (ə): «Kimə xudpəsəndlik yol taparsa puç olar.»

Комментариев нет:

Отправить комментарий