понедельник, 19 мая 2014 г.

QƏZƏB VƏ BƏDRƏFTARLIQLARIN BƏLALARI

–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Qəzəb imanı, sirkə balı xarab etdiyi tək zay edər.

Kafi /2/302.
***
–İmam Sadiq əleyhissalam buyurur: Bütün pisliklərin açarı qəzəbdir.

Kafi /2/303.
***
–İmam Riza əleyhissalam buyurur: Bir kişi Peyğəmbəri-əkrəmdən (s.ə.v.v.) behiştdən uzaq düşməməsi üçün ona bir şey öyrətməsini istədi.

Həzrət buyurdu: 1. Qəzəblənmə; 2. Xalqdan istəmə (yə`ni hər bir şeyi Xaliqdən istə); 3. Özün üçün istədiyini xalq üçün də istə (yə`ni özünə rəva bilmədiyini xalqa rəva bilmə).

Biharul-ənvar /25/27.
***
–İmam Sadiq əleyhissalam buyurur: Hər kim qəzəbinin qarşısını alsa, Allah onun eybini örtər və gizlədər.

Kafi /2/303.
***
–İmam Sadiq əleyhissalam buyurur: Qəzəb hikmət sahiblərinin qəlbinin hikmətini yox edər (elə buna görə də onda hikmət əvəzinə səfehlik müşahidə olunar) və buyurdu: Hər kim qəzəbinə sahib olmasa (qəzəbini cilovlaya bilməsə) ağlına da sahib ola bilməz.

Kafi /2/303.

Комментариев нет:

Отправить комментарий