четверг, 1 мая 2014 г.

Rəcəb ayının 1-ci gecəsinin əməlləri

Rəcəb ayının əməlləri iki qismdir. 

Birincisi qism: Bu mübarək ayın birinci qism əməlləri o əməllərdən ibarətdir ki, ayın bütün günlərində yerinə yetirmək olar və müəyyən bir günə məxsus deyil. 
İkinci qism əməllər Rəcəb ayının hər gün və gecələrinə aid olan əməllərdir.

Rəcəb ayının birinci gecəsinin əməlləri:
1. Ayı gördükdə desin: Allahummə əhilləhu ələyna biləmni vəl imani vəs səlaməti vəl islam rabbi və rabbukəllah əzzə və cəll.

2. Qüsl etmək.
Peyğəmbər (s)-dan rəvayət olunmuşdur ki, Rəcəb ayının əvvəlində, ortasında və axırında qüsl edən şəxs, o aydan çıxanda, dünyaya gələndə pak olduğu kimi günahlardan paklanar.

3. İmam Hüseyn (ə)-ın ziyarəti.

4. Məğrib namazından sonra 20 rukət həmd və ixlas surəsi ilə namaz qılmaq. Bu namazı qılarsa özü, ailəsi, malı və övladı hifz olunar, qəbr əzabından amanda qalar və sirat körpüsündən asanlıqla keçər. (Bu namaz sübh namazı kimi qılınır, -2 rukətli 10 namaz)

5. İşa namazından sonra 2 rukət namaz qılsın, bu namazın birinci rukətində "Həmd"dən sonra bir dəfə "ələm nəşrəh", 3 dəfə ixlas"İxlas" surəsini oxusun. İkinci rukətdə "Həmd"dən sonra "ələm nəşrəh", "İxlas" və "Muəzzətəyn -yəni "Nas" və "Fələq" surələrini oxusun. Namazın salamını verdikdən sonra 30 dəfə "La ilahə illəllah" deyib, 30 dəfə salavat göndərsin.

6. Aşağıdakı duanı oxumaq:
Allahummə inni əsəlukə bi ənnəkə məlikun və ənnəkə əla kulli şəyin muqtədirun və ənnəkə ma təşau min əmrin yəkunu, Allahummə inni ətəvəccəhu iləykə binəbiyyikə Muhəmmədin nəbiyyir rahməti salləllahu ələyhi və alihi ya Muhəmməd ya Rasuləllahi inni ətəvəccəhu bikə iləllah rabbikə və rabbi liyuncihə bikə talibəti, Allahummə binəbiyyikə Muhəmmədin vəl əimməti min əhli bəytihi salləllahu ələyhi və ələyhiməncih talibətih

Комментариев нет:

Отправить комментарий