воскресенье, 18 мая 2014 г.

GECƏ NAMAZININ QILINMA QAYDASI

 Gecə namazı 11 rikətdən ibarətdir ki, bunun səkkizi “gecə namazının nafiləsi”, iki rikəti “şəf namazı”, bir rikətidə “vətr namazı” niyyəti ilə qılınmalıdır.

         1.Gecə namazının 8 rikətlik nafiləsi: Əvvəlcə niyyət olunur: “Səkkiz rikət gecə namazının nafiləsini qılıram qürbətən iləllah”. Sonra, təkbirətül ehram (“Allahu Əkbər”) deyilib, namaza başlanır. Namazın hər rikətində “Fatihə” və “İxlas” surələri deyilir. Bu səkkiz rikətlik namazda “Təsbihati Ərbəə” yoxdur, “Təsbihati Ərbəə”nin yerinə “Fatihə” və “İxlas” surələri oxunur. Hər iki rikətdən bir, təşəhhüd və salamlar deyilir. Və bundan sonra namazı batil etmədən (sındırmadan) qalxıb, təkbirətül ehram (“Allahu Əkbər”) demədən növbəti rikəti qılmaq lazımdır. Səkkizinci rikətin sonunda salam dedikdən sonra namaz bitmiş sayılır.
         2.Şəf namazı: Səkkiz rikətlik namazı qıldıqdan sonra, iki rikət olan “Şəf ” namazı qılınır. Əvvəlcə niyyət olunur: “İki rikət şəf namzı qılıram qürbətən iləllah”. Təkbirətül ehram         (“Allahu Əkbər”) dedikdən sonra, iki rikət adi qaydada namaz qılınır. Salamlardan sonra namaz bitmiş sayılır.
         3.Vətr namazl: Şəf namazını qıldıqdan sonra bir rikət olan vətr namazı qılınır. Əvvəlcə niyyət olunur: “Bir rikət vətr namazı qılıram qürbətən iləllah”. Sonra təkbirətül ehram deyilib, “Fatihə” və “İxlas” surələri oxunur. “İxlas” surəsi oxunduqdan sonra qunut tutulur. Sonra rükya gedilir, daha sonra isə rükudan qalxıb iki səcdə, təşəhhüd və salamlar yerinə yetirilir və namaz bitir. Vətr namazının qunutunda hər bir duanı oxumaq olar, amma daha yaxşı olar ki, (müstəhəbdir) aşağdakı dualar oxunsun.
         1.Yetmiş dəfə “Əstağfirullahə rəbbi və ətubu iləyh” deyirik. (“Rəbbim olan Allahdan bağışlamaq diləyib, (günahlardan) Ona tərəf qayıdıram”).
         2.Yeddi dəfə “Haza məqamul a`izi bikə minən-nar” deyirik. (“İlahi, bu (namaz), cəhənnəm odundan Sənə pənah gətrənin məqamıdır”).
         3.Üç yüz dəfə “Əl`əfv” deyirik. (“İlahi, məni bağışla”).
         4.40 mö`min üçün dua edib: “Allahumməğfir li filan”- deyirik. (“İlahi, filan mö`mini bağışla”). (Filan sözünün yerinə mö`min şəxsin adını demək lazımdır. Burada dünyadan köçmüş, yaxud yaşayan mö`min arasında fərq yoxdur). Və yaxud da bütün mö`min şəxsləri nəzərə alıb deyirik: “Allahumməğ-fir lil-mö`mininə vəl-mö`minat”. (İlahi, mö`min və mö`minləri bağışla).
GECƏ NAMAZININ QILINMA VAXTI
                        Gecə namazının vaxtı, gecə yarsından sübh azanına qədərdir. Bu müddət ərzində istənilən vaxtdan gecə namazını qılmaq olar. Ancaq bu namazın müstəhəb və fəzilətli vaxtı, sübh azanına yaxın vaxtlardadır (gecənin axır üçdə bir hissəsində).
         Qeyd: 11 rikətlik “gecə namazı”nı qılmağa imkanı olmayanlar, təkcə “vət namazı”nı qılmaqla gecə namazının savabını əldə edə bilərlər.
Mənbə: “Məfatihul cinan” kitabı.

Комментариев нет:

Отправить комментарий