воскресенье, 11 мая 2014 г.

Həcc ziyarəti kimlərə vacibdir?

Bildiyimiz kimi, həcc - Allah evinin ziyarətidir. Həccin digər ziyarətlərdən fərqli cəhəti budur ki, zəvvarlar həcc əməlini dəqiqliklə yerinə yetirməlidir.

Həcc ziyarəti kimlərə vacibdir?


Bildiyimiz kimi, həcc Allahın namaz, oruc kimi vacib buyurduğu əməllərdəndir. Aşağıdakı xüsusiyyətlərə malik olanlara həccə getmək vacib olur:
1. Müsəlman olmaq; 
2. Azad olmaq; 
3. Həddi-büluğa çatmaq; 
4. Əqli cəhətdən normal olmaq (dəli olmamaq);
5. Həcc əməllərini yerinə yetirməyə səhhəti imkan verməlidir. Lakin bu yüngül xəstələrə aid deyil, çünki bəzi xəstələrə həcc əməlini yerinə yetirərkən müəyyən güzəştlər var. Məsələn, təvaf etməyə gücü olmayan xəstəyə naib tutmağa icazə verilir. 
6. Məkkəyə gedib gəlmək üçün yolun təhlükəsiz olması;
Qeyd edək ki, təhlükəsizlik məsələsi həm həccə gedən zəvvarın, həm də Vətəndə qalan və həmin zəvvarın öhdəliyində olan şəxslərə aiddir. Əgər zəvvar gedib-gələnə qədər Vətənində qalan şəxslərdən kiməsə xətər yetişəcəksə, yaxud yolda zəvvarın həyatına təhlükə yaranacaqsa, bu cür şəxslərə həcc vacib olmur. 
7. Həccə getməyə kifayət qədər halal pula malik olmaq; 
İmam Sadiq (ə) buyurur: “Kim ki, haram pulla həccə gedirsə, həmin şəxs “Ləbbeyk Allahummə, ləbbeyk” deyəndə onlara Allah-Təala tərəfindən cavab verilər: “Səni bura dəvət edən olmayıb və sənə xoşbəxtlik yoxdur”.
8. Həcc əməllərini yerinə yetirməyə vaxtın kifayət etməsi.

Комментариев нет:

Отправить комментарий