воскресенье, 4 мая 2014 г.

Yağış namazının forması

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...



Yağış namazı bayram namazı kimi iki rəkətdir. Birinci rəkətdə beş qunut, ikinci rəkətdə dörd qunut var. Yağış namazının camaatla qılınması daha yaxşıdır.
Qunutlarda istənilən duanı oxumaq olar. Lakin elə bir dua oxumaq daha yaxşıdır ki, bu duada Allahdan yağış istənilsin. Hər duadan öncə Peyğəmbər (s) və onun ailəsinə salavat göndərmək bəyənilir. Həmd və surənin ucadan oxunması müstəhəbdir.
Bu namaz Allahın rəhmətini cəlb etmək üçündür.Elə buna görə yağış namazına aid olan müstəhəb əməllərdə bəndələrin ehtiyacını, kiçikliyini çatdıran və ilahi rəhməti cəlb edən göstərişlər verilmişdir:Cammatın üç gün oruc tutması və üçüncü gün səhraya gedib namaz qılması; açıq səma altında toplaşmaq; ayaqyalın olmaq; xalqın minbəri özü ilə səhraya aparması; azan verənlərin, qocaların, körpələrin və heyvanların xalqla birlikdə olması; yalvarış və fəryadların ucalması üçün uşaqları analarından ayırmaq; kafirlərin xalqla yanaşı çölə getməsinin qarşısını almaq; pişnamaz və xalqın son dərəcə müt’ilik, vüqar və tələbkarlıqla çölə gedib namaz üçün təmiz yer seçməsi... (“Təhrirul-vəsilə”, 1-ci cild, səh.245)

Namaz sona çatdıqdan sonra pişnamaz minbərə qalxıb, əbasını dağınıq halda çiyninə atsın, uca səslə 100 dəfə təkbir desin. Sonra sağ tərəfi xalqa 100 dəfə “subhanəllah” desin və daha sonra sol tərəfi xalqa 100 dəfə uca səslə “la ilahə illəllah” desin. Xalqın da uca səslə bu şüarı təkrarlamasının eybi yoxdur. Çünki bu iş rəhmət və bağışlanmaya səbəb olur.
Pişnamaz və xalq əllərini dua üçün qaldırıb xeyli yalvarsın, dua etsinlər. Pişnamaz xütbə oxusun və Allahdan yağış istəsin. Mə’sumlardan nəql olunmuş xütbələrin oxunması daha yaxşıdır. Məsələn, həzrət Əli (ə) və imam Səccaddan (ə) nəql olunmuş xütbələr. (“Mən la yəhzur”, 1-ci cild, səh.527: “Əl-həmdu lillahi sabiqinniəm...”, “Mustədrəki-Nəhcul-bəlağə”, 6-cı cild, səh.268, Həzrət Əlinin (ə) duası; “Səhifeyi Səccadiyyə”, 19-cu dua)

Комментариев нет:

Отправить комментарий