четверг, 25 июля 2013 г.

Duaların qəbul olmamasının 10 səbəbi


Alimlərin birinə müraciət edərək dualarını qəbul olmadığından şikayət etmişlər.
Halbuki Cənabı Haqq duaların qəbul olunacağına dair vədi vardır, deyincə alim cavab olaraq buyurmuşdur:

-Sizin on şeydən ətrafı ürəkləriniz ölmüşdür. Təbiətiylə dualarınız qəbul olunmaz.
Birincisi: Siz Allahı bilirik deyirsiniz də onun haqqlarını heç əda etmirsiniz.
İkincisi: Sizlər Quran oxuyursunuz və lakin Quran ilə əməl etmirsiniz.
Üçüncüsü: Sizlər, biz Rəsulullahı sevirik, deyərsiniz də sünnəs(n)i rəsulullah ilə heç əməl etməzsiniz.
Dördüncüsü: şeytan düşmanımızdır. Bunu bildiyiniz halda ona uyğun gəlməkdən imtina etmirsiniz.
Beşincisi: Cənnəti sevirik deyərsiniz də, cənnətə girməyə layiq olmağa işləməyirsiniz.
Altınçısı: Siz Cəhənnəmdən qoruyuruq deyirsiniz, lakin onun atəşindən heç də qaçtığınız yoxdur.
Yeddincisi: Hamınız Ölüm haqqdır deyib də ölüm üçün heç bir hazırlıq Etməmisiniz.
Səkkizincisi: Insanın eyibləriylə məşğul olursunuz da, öz eyiblərinizi tərk edib onları aradan qaldırmağa çalışmazsınız.
Doqquzuncusu: Allahın nemətlərini yeyərsiniz, lakin o nemətlərə qarşılıq Allaha şükür etməzsiniz.
Onuncusu: Ölülərinizi dəfn edirsiniz də, heç ibrət götürmürsünüz.

Комментариев нет:

Отправить комментарий