воскресенье, 10 августа 2014 г.

QƏM_QÜSSƏ

QƏM-QÜSSƏ
(Burada da qəm-qüssə deyildikdə,
maddi dünya üçün edilən qəm-qüssə nəzərdə tutulur. Çünki axirətlə bağlı olan qəm-qüssə insan həyatında müsbət təsirə və ruh yuksəkliyinə səbəb olur.)
     İmam Əli (ə) buyurub:
     

الحزن يهدم الجسد

     «Qəm bədəni viran edir». («Nəhcül-Bəlağə» (Feyz), səh.1143)
     Başqa rəvayətdə buyurur: «Kədər qocalığın yarasıdır». («Ğürərül-Hikəm», səh.23)Ruhla bədən bir-birilə o qədər əlaqəlidirlər ki, hər birinin vəziyyətinin yaxşı ya pis olması digərinə sirayət edir. Buna görə də insanın ruhu bədəninin təsiri altındadır. İnsanın hüznlü vəziyyəti istər-istəməz onun bədəninə pis təsir qoyaraq cismini düzgün istqamətdən yayındırır. Qəm-qüssə, əsəblərin taqətdən düşməsi, qan təzyiqi, şəkər və iştahsızlıq, mədə qıcqırması və yarası və sair xəstəliklərin amilidir. Qüssənin təsirindən bədən açıq-aşkar əriməyə, arıqlamağa başlayaraq get-gedə öz müqavimət qüvvəsini itirir. Bununla da bədən müxtəlif xəstəliklərə məruz qalır. Həzrət Əli (ə) buyurub: «Kimin kədəri çox olarsa bədəni xəstə olar».

Mehdi Tahiri

Комментариев нет:

Отправить комментарий