воскресенье, 17 августа 2014 г.

Bir dərd, min bir dərman

Kahı
İmam Sadiq (ə): “Kahı yeyin. Kahı qanı təmizləyir”.

Mühəmməd Peyğəmbər (s): “Kahı yeyin. Kahı yeməyi həzm etməyə kömək edir və yuxusuzluğu aradan qaldırır”.
Kəvər
İmam Mühəmməd Baqir (ə): “Kəvərdə dörd xüsusiyyət var: mədə yelini qovar, ağız qoxusunu təmizləyər, babasili sağaldar və hər gün kəvər yemək insanı cüzamdan qoruyar”.
İmam Kazimin (ə) qohumlarından bir cavan oğlan xəstələnmişdi. İmam onu yoluxmağa getdi və xəstəliyi ilə maraqlandı. Dedilər ki, dalağı ağrıyır. Imam buyurdu ki, ona üç gün ərzində kəvər yedizdirsinlər. Xəstəyə Imamın buyurduğu kimi üç gün kəvər yedizdirdilər, xəstəliyi sağaldı.
Reyhan
İmam Kazim (ə) həmişə süfrəyə reyhan gətirilməsini tələb edər və buyurardı: «Mən yeməyə reyhanla başlamağı xoşlayıram. Çünki reyhan damarları genişləndirir, iştahanı artırır, vərəmı sağaldır».
Soğan və sarımsaq
İmam Sadiq (ə): “Soğan ağızdakı pis qoxunu aparır, beli möhkəmlədir, dərini yumşaldıb zərifləşdirir”.
Mühəmməd Peyğəmbər (s): “Hansı şəhərə daxil olsanız, oranın soğanından yeyin. Bu, həmin şəhərə məxsus olan xəstəliklərdən sizi qoruyar”.
İmam Rza (ə): “Bahar fəslində soğan, sarımsaq və turşu yeməkdən çəkinin”.
Mühəmməd Peyğəmbər (s): “Sarımsaqda yetmiş xəstəliyin şəfası var”.
Islam.az

Комментариев нет:

Отправить комментарий