воскресенье, 31 августа 2014 г.

İMAM HÜSEYNDƏN (Ə) ALINASI BİR DƏRS

İmam Hüseyn (ə) döyüş meydanına getməzdən öncə həzrət Zeynəbə (s) buyurdu:«Qadınların bütün zinət əşyalarını topla. Mən şəhid olduqdan sonra düşmən xeymələrə tərəf gəldikdə, bunları onlara tərəf atın. O dünyapərəstlərin başı zinət əşyalarını toplamağa qarışdıqda, siz əmniyyəti olan bir yerdə sığınacaq tapın ki, naməhrəm gözündən uzaq olasınız».
Tarixi mənbələrdə qeyd olunduğuna görə, Yezid çubuqla imam Hüseynin (ə) dodağına, dişlərinə vurduqda, onun sarayında yaşayan bir kəniz yuxuda həzrət Zəhranın (s) Yeziddən qəmli-qüssəli bir vəziyyətdə şikayətləndiyini görür. Qorxu və iztirab içində yuxudan ayılan kəniz, başıaçıq vəziyyətdə özünü Yezidin məclisinə atır və qışqırmağa başlayır. Kənizi bu vəziyyətdə görən Yezid öz əbasını onun başına atır və naməhrəmlərin iştirak etdiyi bir məclisə bu şəkildə gəldiyi üçün əsəbiləşir.
Çox maraqlıdır ki, dinsiz, şərabxor, itbaz, meymunbaz Yezid öz kənizinin naməhrəm qarşısına başıaçıq çıxmasına dözməyərək, onu öz əbası ilə örtüb məclisdən uzaqlaşdırır. Lakin bə᾽zi kişilər öz namuslarını qorumaq üçün heç bir qeyrət göstərmirlər. Onu yarıçılpaq şəkildə özləri ilə gəzdirir və müxtəlif yerlərə göndərirlər.
Həzrət Peyğəmbər (s) qeyrət haqqında buyurur: «Qeyrətli olmaq imandandır» ( Mizanül-hikmə, 7-ci cild, səh. 357-358.); «Həqiqətən, Allah qeyrətlidir. Hər bir qeyrət sahibini də sevir. Zahiri və batini çirkinlikləri haram etməsi Onun qeyrətindən doğur». ( Mizanül-hikmə, 7-ci cild, səh. 357-358.)

Комментариев нет:

Отправить комментарий