воскресенье, 10 августа 2014 г.

Qocalığın əlamətini hiss edən ilk insan

                                                                                                                                        İmam Əli (ə) buyurur: “İki nemət vardır ki, onu əldən verməyincə qədrini bilməzsən: biri cavanlıq və biri də sağlamlıq”.
O zaman ki, cavan və gümrahsan, fikirlərşmirsən ki, elə bir gün gələcəkdir ki, bütün saçların ağaracaq və zəiflik bədəninə hakim olacaqdır. Dünənin sevinc və şadlığından xəbər və əsər qalmaz.
Ola bilər ki, sən qocalıqdan qafil olasan, lakin o, səndən qafil deyildir və bir gün mütləq gəlib çatacaqdır.
Bəs qocalığın sirri nədir?
İmam Sadiq (ə) buyurur: “Əvvəllər insanlar qocalığını görmürdülər. Onu müşahidə edən ilk kəs Həzrət İbrahim (ə) olmuşdur. Saqqalında ağ tük görür və Allah Təalaya ərz edir: “Pərvərdigara, bu nədir?”. Allah Təala buyurur: “Bu, vüqardır”. Deyir: “Pərvərdigara! Mənim vüqarımı artır””.
İslam dinində qocalara hörmət etmək xüsusi əhəmiyyətə malikdir. İmam Sadiq (ə) bu hadqa buyurur: “Ağ saçlı qocalara hörmət etmək – Allah Təalanı böyük tutmaq deməkdir”.
İnsanın bədəni maddi olduğu üçün məhvə doğru gedər və günü-gündən solar və nəhayət ölər. Qoca insan bilir ki, bir gün onu da bu ölüm gözləyir və ruhi cəhətdən buna hazırlaşır və qəm yeyir. İmam Əli (ə) buyurur: “Qəm yemək - qocalığın yarısıdır”.
Zaman elə bir şeydir ki, sürətlə atını çapar və heç dayanmaz. Günlər əvvəlki kimi deyildir. Cavanlıq bir göz qırpımında sona çatır. Əgər cavanlıqdakı fürsətimizin qədrini bilməsək və cavanlığımızın qədrini bilməsək, qocalıqda həsrət çəkərik.
Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbazər! Beş şeyi beş şeydən qabaq qənimət bil: cavanlığını qocalıqdan əvvəl, sağlamlığını xəstəlikdən əvvəl, ehtiyacsızlığını ehtiyaclı olandan əvvəl, asudə olduğun vaxtı məşğul olduğundan əvvəl, həyatını ölümdən əvvəl”.
İmam Sadiqin (ə) nökəri Səbah nəql edir ki, bir gün Həzrətlə (ə) bir yerdə Ühüd dağının kənarından keçirdik və Həzrət (ə) mənə buyurdu: “Dağda olan yarığı görürsən?” Dedim: “Bəli”. Buyurdu: “Ancaq mən görmürəm. Qocalığın nişanəsi üç şeydir: Gözün az görməsi, belin əyilməsi, addımların qısalması”.
Qocalığın başqa əlaməti - saçların ağarmasıdır. Qoca insan zəif və gücsüz görünər. Bu zəiflik insanın istəklərinə çatmasını məhdud edər.
İmam Əli (ə) buyurur: “Qocanın düşüncələrini cavanın igidliyindən daha çox sevirəm”.
Ömür qısadır və onu hədər vermək ağılsızlıq olardı. Vaxt elə tez ötür və qaçır ki, gözünü açıb baxırsan ki, artıq qocalıq qapını döyür.
Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü bəndələrdən soruşacaqlar ki, ömrünü hansı yolda keçirtmisən? Cavanlığını hansı yolda sərf etmisən?”.
Ey dost, cavanlığının qədrini bil ki, bir gün səni də qocalıq gözləyir.


Комментариев нет:

Отправить комментарий