воскресенье, 24 августа 2014 г.

DİL VƏ ONUN BƏLALARI

–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Dilin fitnə-fəsadı qılınc zərbəsinin yaratdığı fəsaddan daha kəskindir.

Biharul-ənvar /71/286.
***
–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Heç bir şey dil qədər həbs olunmağa daha layiq deyildir (çünki günahların əksəriyyəti dilin vasitəsi ilə baş verir: Qeybət, yalan, töhmət, məsxərə, dil yarası və sair).
Biharul-ənvar /71/177.
***
–İmam Əli əleyhissalam buyurur: Fikirləş sonra danış ki, azğınlıqlardan amandaqalasan.
Ğürərul-hikəm /228.
***
–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: İnsanın fəlakəti üç şeydədir: qarnında, şəhvətində və dilində. (Acgözlük, cinsi düşkünlük və boşboğazlıq. Red.)
Vəqayeul-əyyam /297.
***
–İmam Baqir əleyhissalam buyurur: İnsan dilini nəzarət altında saxlamasa, günahdan amanda qala bilməz.
Biharul-ənvar /78/178.

Комментариев нет:

Отправить комментарий