воскресенье, 10 августа 2014 г.

Hacı Elşən Xəzər " Hüsen kimdir ? "Qəzəl

Bismillahir Rəhmanir Rəhim


Hüsen kimdir? Mələkdi, ruhdu, insandı
Hüsen kimdir? Ona aləmlər heyrandı
Hüsen kimdir? Onun məddahi Qur'andı
Hüsen kimdir? Sədəfdə gizli mərcandı
Dəqiq qiymət kəsən yoxdur ki pünhandi

Hüsen kimdir? Qaranliqda yanan bir şam
Hüsen kimdir? Ona Cibril edib ilham
Hüsen kimdir? Olur aşiqləri edam
Hüsen kimdir? Verəmmir həqqini islam
Onun həqqi, əcri, xudayi subhandı

Hüsen kimdir? Hüsen bir imtahan verdi
Hüsen kimdir? Hüsen oğlun cavan verdi
Hüsen kimdir? Hüsen islama can verdi
Hüsen kimdir? Məriz bir dinə qan verdi
Hüsen kimdir? Hüsen hər dərdə dərmandi

Hüsen kimdir? Adinda qüssə var qəm var
Hüsen kimdir? Əlındə qanlı pərcəm var
Hüsen kimdir? Caninda ismi ə'zəm var
Hüsen kimdir? Hüsen vardirsa aləm var
Hüsensiz varliğa yoxluqlar ünvandi

Hüsen kimdir? Hüsen dünya, Hüsen üqba.
Hüsen kimdir? Hüsen ətşan, , Hüsen dərya
Hüsen kimdir? Hüsen aşiq, Hüsen tənha
Hüsendir eyliyən həqq cibhəsin ehya
Hüsen kimdir? Hüseynə cənnət ətşandi

Hüseynin lütfü zərri afitab eylər
Hərarət aşiqin qəlbin kəbab eylər
Yanan can paklaşib bir inqilab eylər
Bu tağutlar bu orduya nə tab eylər
Hüsen kimdi? Hüsen azadə soltandi

Hüsen kimdir? Odur Adəm, odur Davud
Odur Musa, ,odur İsa, odur Mahmud
Hüseynin lütfünə müslüm olar yahud
Hüseynə dözməyib firon nə bir nəmrud
Hüsen kimdir? Hüsen zillətlə düşmandi

Hüsen kimdir? Deyim anla nə ecazdi
Hüseynin ordusu məqlub olunmazdi
Nə fərqi əsgəri coxdu və ya, azdi
Onun bayraği hər yerdə sərəfrazdi
Hüsen kimdir? Hüsen dinə nigahbandi

Hüseynin aşiqi Elşən riya bilməz
Hüseynin kimliyin hər bir gəda bilməz
Hüseyni bilmiyən kimdir Xuda bilməz
Xudani bilmiyən canin fəda bilməz
Hüsen kimdir? Hüsen cox dərin ümmandi.





Комментариев нет:

Отправить комментарий