воскресенье, 20 июля 2014 г.

SALAVAT


SALAVAT


Feyz Kaşaninin “Əl-ləyalil məxzunəh” kitabında deyilir ki, hacətlərin yerinə yetməsi üçün təcrübə olunmuş dualardan biri də salavatdır.
Salavatın Müxtəlif növləri var:

1) Müşkülat və narahatçılılıqların, dəf olunması və hacətlərin yerinə yetməsi üçün on dörd min dəfə salavat demək. Hər min salavat məs’umların birinə hədiyyə olunur.

2) İki ay müddətdində hər gün min dəfə salavat demək. Müddət başa çatdıqdan sonra hacətlər yerinə yetir.

3) Böyük hacətlərin yerinə yetməsi üçün iki həftə müddətində salavat deyilir. Qaydası belədir ki, cümə gecəsi qusl alınır (sonrakı gecələr qusl alınmasada olar) və cümə gecəsindən başlayaraq aşağıdakı tərtiblə salavat deyilir:

Cümənin gecəsi:
“Əllahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd”.

Şənbə gecəsi:
“Əllahummə səlli əla Əmiril mu’minin”.

Bazar gecəsi:
“Əllahummə səlli əla Fatimə”

Bazar ertəsi gecəsi:
“Əllahummə səlli ələl Həsən (ə)”.

Çərşənbə axşamının gecəsi:
“Əllahummə səlli ələl Huseyn (ə)”.

Cərşənbə gecəsi:
“Əllahummə səlli əla Əliyyibnil Huseyn (ə)”.

Cümə axşamının gecəsi:
“Əllahummə səlli əla Muhəmməd ibni Əliyy (ə)”.

Cümə gecəsi:
“Əllahummə səlli əla Cə’fər ibni Muhəmməd (ə)”.

Şənbə gecəsi:
“Əllahummə səlli əla Mucəbni Cə’fər (ə)”.

Bazar gecəsi:
“Əllahummə səlli əla Əliyy ibni Musa (ə)”.

Bazar ertəsi gecəsi:
“Əllahummə səlli əla Muhəmməd ibni Əliyy (ə)”.

Çərşənbə axşamının gecəsi:
“Əllahummə səlli əla Əliyy ibni Muhəmməd (ə)”.

Cərşənbə gecəsi:
“Əllahummə səlli əla Həsən ibni Əliyy (ə)”.

Cümə axşamının gecəsi:
“Əllahummə səlli ələl Huccət ibnil Həsən (ə)”.

(Üçüncü) cümə gecəsi:
“Əllahummə səlli ələl Əbbasiş-şəhid”.

Комментариев нет:

Отправить комментарий