воскресенье, 13 июля 2014 г.

Həzrət Peyğəmbərin (s) namazı



İmam Rizadan (ə) “Cəfər Təyyar” namazı barədə soruşdular, həzrət buyurdu: Niyə həzrət Məhəmməd (s) peyğəmbərin namazından xəbərsizsən? ...
Sual verən şəxs dedi:
   Ey Rəsulullahın (s) ovladı! Peyğəmbərin (s) namazını mənə oyrət! Həzrət buyurdu:                            İki rəkət namaz qılırsan: hər rəkətdə 1 dəfə Həmd surəsini və 15 dəfə Qədr surəsini oxuyursan. Sonra rukuda, 15 dəfə rukudan qalxdıqdan sonra qiyamda 15 dəfə, 1-ci səcdədə 15 dəfə, 1-ci səcdədən qalxıb oturduqda 15 dəfə, 2-ci səcdədə 15 dəfə və 2-ci səcdədən qalxdıqdan sonra oturaq vəziyyətdə 15 dəfə Qədr surəsini oxuyursan. Sonra (ikinci rəkətdə, ikinci səcdədən sonra oturaq vəziyyətdə 15 dəfə Qədr surəsini oxuduqdan sonra) təşəhhud və salamı deyirsən. Elə ki, namazı qurtardın səninlə Allah Təala arasında olan butun gunahlar bağışlanar və Allah Təaladan hər hansı hacəti istəsən rəva olar. 

Комментариев нет:

Отправить комментарий