воскресенье, 27 июля 2014 г.

"Ramazan kəlmələrinin dünyası" {1-ci hissə}



RAMAZAN:(R-M-D) kökündən gələn bu kəlmə "isti/qızmar" ilə bağlı sözlərdə istifadə olunur. Ərəblər ayaqyalın səhranın isti qumu üzərində gəzərkən ayaqları yandığında "ramaza-l Adəm" deyirlər... Günəşin istiliyi şiddətlənib artınca "ramza-l yəvm", susuzluqdan içi yanınca "ramiza-l saim", qoyununu isti bir zamanda otladıb ciyərləyini yaralayınca "ramiza-l ğanəm”, səhrada günəşin istisindən qızmış hala gəlmiş daşa “ər-ramzau”, yaz aylarının sonunda isti torpağa yağan yağışa “ər-ramzu”, qoyunun istidə otlma yerinə “əl-mərmiz” deyirlər… Bu halda "ramazan" istinin çoxaldığı ay və ya payız yağışlarının başladığı ay demək olur...
Mənəvi və əxlaqi olaraq hər cür şəhvətin, acgözlüyün, ehtirasın, əsəbin, öfkənin, qızğınlığnının sakitləşib yerini sərinlədən yağışa buraxmasını təmsil edir. Əgər bunlara qarşı özümüzü tuta bilsək arxasından vicdanımızı rahatladan, ruhumuzu sakitləşdirən yağış gələcək. Günaha qarşı özünü tutan insanın mükafatı yağışın sərinliyidir. Çünki günah mömin qəlbə sıxıntı verir. Səbr çətindir. lakin meyvəsi dadlıdır.

Комментариев нет:

Отправить комментарий