суббота, 5 июля 2014 г.

Ramazan ayında Quranı səhv oxumağın hökmü barədə


Ayətullah Safu Qulpayqani Ramazan ayında Quranı səhv oxumaq, qızmar şəhərlərdə işləmək və yeni həddi-büluğa çatmış qız uşaqlarının oruc tutması barədə verilən sualı cavablandırıb.

Sual və cavabın mətni belədir:
Risalələrdə qız uşağının 9 yaşında həddi-büluğa çatdığı qeyd edilir və beləliklə (namaz, oruc və sair) əməllərin vacib oduğu bildirilir, hansı ki, qız uşağı bu yaşda kiçik və zəif olduğundan oruc tutarsa xəstələnir və ya ümumiyyətlə oruc tuta bilmir və başqa bir büluğ əlaməti də yoxdur, bu zaman uşağın vəzifəsi nədir?
CavabQız uşaqları hicri qəməri tarixi ilə 9 yaşı tamamlayadan sonra həddi-büluğa çatır və eyni halda vəzifənin vacib olmasında şəxsin ona "qüdrət"i olması da şərt edilir, əgər vəzifəni yerinə yetirməyə gücü çatırsa onu etməlidir yox əgər gücüçatmırsa bu zaman vəzifə onun boynundan düşür, misal olaraq oruc tutmağa gücü çatmırsa oruc tutmamalıdır, hər zaman güc və qüdrəti olarsa qəzasını yerinə yetirməlidir, amma namaz, hicab və sair kimi gücü çatdığı əməlləri yerinə yetirməlidir.
Çox isti şəhərlərdə işləmək 
Ağır peşə sahibi olub çox isti şəhərlərdə işləyən şəxslərə demək olar ki, oruc tutmaq qeyri-mümkün bir məsələyə çevrilir, bu zaman onların vəzifəsi nədir?
Cavab: İmkan olan təqdirdə iş saatlarını azaltmalı və oruc tutmalıdırlar, yox əgər mümkün olmazsa hər gün səhər şəriətdə deyilən məsafə qədər səfərə çıxmalı və səfərdə oruclarını açmalıdırlar; bu surətdə yalnız onlara orucun qəzası vacib olur və kəffarəsi yoxdur.

Quranı səhv oxumağın hökmü
Ramazan ayında Quranı səhv oxuyarıqsa orucumuza bir xələl gəlirmi (sözlərin düzgün tələffüz edilməmsi)?
Cavab: Bilərəkdən səhv oxumasanız bunun heç bir eybi yoxdur.

Комментариев нет:

Отправить комментарий