воскресенье, 13 июля 2014 г.

Oruc həm ruha, həm də cismə sağlamlıq bəxş edən İlahi ehkamdır

1-Rəsuli-Əkrəm(s): -“Behiştin “Rəyyan” adlanan qapısı vardır, oradan yalnız oruc tutanlar daxil olarlar.”

2-Rəsuli-Əkrəm(s): -«Oruc tutun, sağlam olun.»
3-Rəsuli-Əkrəm(s): -“Oruc tutanı doyuran kəsə, Allah mənim hovuzumdan şərbət nəsib edər və o bir daha susamaz.”
4-Rəsuli-Əkrəm(s): -“Pərvərdigara! Sənin üçün oruc tutub, sənin ruzinlə iftar etdik. Belə isə, bizdən qəbul et. Susuzluq getmiş, damarlar şadlanmış, əcri qalmışdır.”
5-Rəsuli-Əkrəm(s): -“Oruc hər kəsi iştahası çəkdiyi yeməkdən saxlarsa, Allahın öhdəsinədir ki, onu behişt yeməkləri ilə yedirib şərabından su içirsin.”
6-İmam Əli(ə): -“Oruc yalnız yemək və içməkdən qalmaq deyildir. Bu, Allahın xoşu gəlmədiyi bütün şeylərdən uzaq olmaq deməkdir.”
7-İmam Əli(ə): -“Oruc tutan adamın yatması ibadət, susması təsbih, duası qəbul olmuş, əməli isə iki bərabərdir. Onun iftar zamanı etdiyi dua rədd olunmaz.”
8-İmam Sadiq(ə): -“Oruc tutmanın səbəbi varlı ilə kasıbın bərabər olması üçündür. Çünki varlı adam aclıq çəkməmişdir ki, fəqirə rəhm etsin. O hər vaxt hər nə istəyibsə, onu ələ gətiribdir.”
9-İmam Sadiq(ə): -“Oruc dünya xəstəliklərinin qarşısında qalxan, axirət əzabındansa hicabdır.”
10-İmam Sadiq(ə): -“Oruc ağızdan xeyirdən başqa bir söz çıxmaz.”

Комментариев нет:

Отправить комментарий