воскресенье, 6 июля 2014 г.

Günəşin batması ilə iftar etmək olarmı?


Cavab:
 Xeyr, qürubda günorta namazlarının (zöhr və əsr) vaxtı başa çatır. Orucun vaxtı məğrib azanına qədərdir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Fiqh təlimləri" və

"Əcvibətul istiftaat",s.346-a istinadən


Şəkk günü bu niyyətlə oruc tutdum: "Əgər ramazan ayıdırsa, bu ayın orucundan, yoxsa qəza orucumdan sayılsın". Bu cür niyyətlə oruc düzgündürmü?
Cavab: Xeyr, bu cür niyyətlə oruc səhih (düzgün) deyil.

Şəkk günündə oruc tutmaq istədikdə, ramazan ayının niyyətini etmək olmaz. Qəza niyyəti, boynunda qəza yoxdursa, müstəhəbb oruc niyyəti etməlidir.


Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi

Комментариев нет:

Отправить комментарий