воскресенье, 6 июля 2014 г.

EVLƏNMƏK PEYĞƏMBƏRİN (s.ə.a) ŞƏRİƏTİDİR

EVLƏNMƏK PEYĞƏMBƏRİN (səlləllahu əleyhi və alih) ŞƏRİƏTİDİR


Müqəddəs İslam Şəriəti evlənməyə yüksək diqqət yetirərək onu bütün müsəlmanlar üçün tə`kid etmişdir. Belə ki, əziz Peyğəmbər (səlləllahu əleyhi və alih)buyurur:
“Allah yanında evlənməkdən daha sevimli, bəyənilən bir şey yoxdur.”
Həzrət Əmirəl-mö`minin Əliyyibni Əbitalib (əleyhissalam) buyurub:
“Evlənin! Çünki evlənmək Allah Rəsulunun (səlləllahu əleyhi və alih) sünnətidir ki, həmişə buyururdu: “hər kəs mənim sünnətimə tabe olmaq istəyirsə, (onda bilməlidir ki,) mənim sünnətimdən biri də evlənməkdir.”
İslam oğlan və qızlara daha tez evlənmələrini əmr edərək bu mühüm məsələyə o qədər tə`kid edir ki, hətta əziz Peyğəmbər (səlləllahu əleyhi və alih) evlənməməyi öz sünnətindən üz döndərmək kimi qiymətləndirmişdir. “Evlənmək” söhbəti olan ev ən yaxşı ev kimi tanımışdır.

Комментариев нет:

Отправить комментарий