воскресенье, 27 июля 2014 г.

“Kövsər” surəsi

“Kövsər” surəsi

بسم الله الرحمن الرحيم
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ

“Kövsər” surəsinin kəlmələri
" ان- نا" - انا- həqiqətən biz
اعطينا- əta etdik – bağışladıq
ک- ت- sən (kişi əvəzliyi)
اعطيناک- sənə bağışladıq – sənə əta etdik
كَوْثَرَ- behiştdə su çeşməsi, çoxlu övlad, tükənməz elm, bollu xeyr və bərəkət
فَ- sonra
صَلِّ - namaz qıl, dua et
لِرَبِّكَ - Allaha xatir
و- və (bağlayıcı)
وَانْحَرْ - dəvə kəs, dəvə qurban et
إِنَّ- həqiqətən
شَانِئَكَ - sənin düşmənin
هُوَ - o, (kişi cinsinə aid əvəzlik)
الْأَبْتَرُ - quyruğu kəsik – nəsilsiz – sonsuz – nasiq – faydasız

Hərfi tərcümə
“Biz sənə kövsər (bollu xeyir və bərəkət) əta etdik (bağışladıq), belə olan halda Allahın üçün namaz qıl və qurbanlıq et, həqiqətən sənin düşmənin sonsuzdur”.

“Kövsər” surəsinin təfsiri
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ
Peyğəmbər (s)-in oğlan uşağı olmadığından müşriklər onu “sonsuz” adlandırırdılar. Onun dinində davamsız olduğunu güman edirdilər. Ona deyirdilər: sənin oğlun olmadığına görə sənin davamçın da olmayacaq. Dinin naqis qalacaq, heç bir həqəfinə çatmayacaqsan. Bunların cavabında Allah-Təala bu surəni göndərərək, həmişəki kimi kafirlərin ağzına möhkəm bir şillə vurur. “Ey mənim əziz peyğəmbərim, biz sənə “kövsər əta etdik (bağışladıq)” sən onların sözündən narahat olma, onlar səhv edirlər, sənin gələcəyindən xəbərdar deyillər. Sənin məqamını və şəxsiyyətinin böyüklüyünü başa düşmürlər. Biz sənə bol nemətlər vermişik. Sənin bəşərin çata bilməyəcəyi ən yüksək olan “nübuvət” və “risalət” məqamına çatdirmişiq. Sən insanların rəhbəri və imamısan. Biz sənə Quran kimi bir kitab göndərmişik. Bütün alimlər onun qarşısında baş əyir. Onun möcüzəsi hamını heyranlıqda qoyub. Bütün elm xəzinələri ondadır. Əxlaqi və hüquqi qanunların hamısını o kitab özündə toplayıbdır. Həmişəlik möcüzədir. Sənin dinin bəşəriyyətin hər iki dünyasını səadətə çatdırır. Sənə behişt çeşmələrindən olan “Kövsər” əta etmişik. Nəslini davam etdirmək üçün “Kövsər”i (Həzrət Fatiməni) sənə vermişik.
“Fəxri Razi” öz təfsirində yazır: Bu surə Peyğəmbər (s)-i sonsuz bilənlərin cavabında nazil olub. Görün Allah-Təala Peyğəmbər (s)-ə elə bir nəsil qismət etdi (Fatimədən(s)) ki, bütün zaman boyu yaşayırlar. Əhli Beyt nə qədər şəhid verdi, nə qədər qaçqın və didərgin oldu, amma dünyanın hansı tərəfinə baxırsan həzrətin övladlarıdır. Amma onların düşməni olan bəni Üməyyədən ya bir nəfərdə olsun qalmayıb, ya da ki, heç yerdə tanınmırlar. Baxın nə qədər Əhli Beyt nəslindənalimlər vardır: Baqir, Sadiq, Rza və Nəfsi Zəkiyyə (Muhəmməd ibni Əbdullah ibni Həsən(ə) - İmam Həsən(ə) nəvəsi).”
Surənin davamında Allah-Təala buyurur:
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ
“Sənə verdiyimiz bu nemətlərin müqabilində namaz qıl, zikr et, qurbanlıq elə”. Fəqirlərə, yoxsullara, əlacsızlara, əl tut, onların köməyinə çat.
“Nəhr” (نحر) dəvənin kəsilməsinə deyərlər. Dəvə kəsmək qurbanlar içərisində ən bahalısıdır. Hər kəs bunu edə bilmir. Ona görə Allah-Təala Peyğəmbər (s)-ə dəvə qurban etməyi tövsiyyə edir ki, bol bir qurban olsun, gözə gəlimli olsun. Kafirlərin bütləri qarşısında kəsdiklərindən də artıq olsun. Dəvə kəsməklə onların yalançı fikirləri (bütdən başqasına qurban olmaz) boşa çıxsın.
إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ
“Həqiqətən sənin düşmənlərin sonsuzdurlar”. “ابتر” (əbtər) quyruğu kəsik heyvana deyərlər. Ərəblər bu kəlməni sonsuz adamda təhqir ünvanında işlədərdilər. Göründüyü kimi onlar düşmənçiliklərində heç bir ədəb qaydasına riayət etməyiblər. Peyğəmbər (s) kimi şəxsiyyətin barəsində hansı ifadəni işlədiblər. Buna görə də Allah-Təala həmin kəlməni onların barəsində işlədib və onların özünü sonsuz adlandırır.
Peyğəmbər (s)-ə təskinlik verərək buyurur: Ey mənim həbibim! Sən narahat olma, bunların dedikləri sənin ruhiyyəndə təsir qoymasın, onlar özləri “əbtər”-dirlər. Onların nə övladları, nə də ki, var dövlətləri heç bir fayda verməyəcək.
Sən övladların dünya yaşadıqca yaşayacaq. Dinin əbədi bir din olaraq hökm edəcək, və hər bir evə daxil olacaq. Amma sənin düşmənlərinin arzuları ürəylərində qalacaq.

“Kövsər” surəsinin hədəfi
1. Həzrət Peyğəmbər (s)-in övladları dünyalarını dəyişəndən sonra düşmənlər buna sevinir və Həzrətə bəzi işləri nisbət verirdilər. Ona “sonsuz” deyirdilər. Bu surə də onların cavablarında buyurdu: Ya Peyğəmbər (s), biz sənə “Kövsər” əta etdik.
2. Bu surə bu qədər kiçik olsa da belə siyasi, ədəbi, əxlaqi məsələləri ehtiva etməklə yanaşı gələcəkdə olacaq beş hadisədən xəbər verir ki, xülasəsi bunlardır.
2.1 Peyğəmbərin övladlarının çoxluğu
2.2 Onun ardıyca gedənlərin (iman gətirənlərin) çoxluğu
2.3 Tovhid dininin genişlənib daimi olması
2.4 Peyğəmbərin düşmənlərinin nəsilsiz və sonsuz olması
2.5 Düşmənlərin fikirlərinin, əqidələrinin, fəaliyyətlərinin nəticəsiz qalması.

“Kövsər” surəsinin xüsusiyyətləri
1. Kim bu surəni oxusa Allah-Təala ona behişt arxlarından su içirdər. (Həzrət Peyğəmbər (s))
2. Bu surənin adı surədə olan birinci kəlmədən qoyulub.
3. Bu surə Məkkədə nazil olub.
4. Bu surədəki, “Kövsər” kəlməsinin bir mənası da “Həzrət Fatimə (s)-yaişarədir”.
İlahi Həzrət Fatimən (s)-nın ziyarət və şəfaətini bizə qismət et. Amin.

Комментариев нет:

Отправить комментарий