воскресенье, 6 июля 2014 г.

İSLAM PEYĞƏMBƏRİ (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) ÖZÜ AĞLAYIR

Tarix səhifələrində dəfələrlə nişan verilib ki,
bəşəriyyəti səadətə dəvət edən Allahın elçisi Mühəmməd (səlləllahu əleyhi və alih) dəfələrlə əza məclislərində və xüsusi hallarda ağlamış, həmçinin, ağlamağa icazə vermişdir. İndi də qısa şəkildə tarixə nəzər salaq.
1. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) İmam Hüseyn əleyhissəlamın şəhadətindən xəbər vermiş, ona ağlamış və bu faciəyə görə çox narahat olmuşdur.
2. Əhməd Hənbəli öz “Müsnəd”ində (1-ci cilddə, səhifə 58-də) Əli əleyhissəlamın dilindən Peyğəmbərin (səlləllahu əleyhi və alih) İmam Hüseyn əleyhissəlamın faciəli şəhadətinin Cəbrail vasitəsilə xəbərindən sonra o Həzrətin şiddətlə ağlamasını nəql edir.
3. Hədisdə gələn xəbərlərə görə Həzrəti Adəm, Nuh, İbrahim, İsmayıl, Musa, İsa, Zəkəriyya, Yəhya, Xızr və Süleyman (əleyhimussəlam) İmam Hüseyn əleyhissəlamın müsibətinə qabaqcadan ağlamışlar. (“Biharül-ənvar”)

Комментариев нет:

Отправить комментарий