воскресенье, 20 июля 2014 г.

Həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) duasını Allah qəbul etmişdi

GƏNC OĞLANI ELEKTRİK VURUB QURUTMUŞDU

Cənab höccətül-islam şeyx Məhəmməd Təqi Nəhvi atası hacı şeyx Əbul Qasim Nəhvidən aşağıdakı əhvalatı bizə yazıb göndərib.

Mərhum Nəhvi, o vaxtı həzrət Ayətullah üzma Burucerdinin əmri ilə onun oğlu ilə Nəcəfdə idilər. Həzrət Seyyidüşşühəda Əba Əbdillah Hüseyn (əleyhissalam)-ın xüsusi ziyarəti günü idi. O gün Şə`ban ayının 15 ilə bərabər idi. Kərbəlaya gedirlər. Həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) qəbrini ziyarət edirlər. Günlərin birində bu hərəmi ziyarət edərkən görürlər ki, 13-14 yaşlı bir cavanı elektrik vurub öldürmüşdür.

Uşağın atası Həzrət Əbul-Fəzl Abbasa (əleyhissalam) yalvarıb dua oxuyurdu və belə deyirdi: Ağacan! Sən bilirsən ki, mən sənin qəbrinə ziyarətə gələndə uşağın anası onu özümlə gətirməyə qoymurdu. İndi mən onsuz anasının yanına necə qayıdım, anasına nə deyim?

Mərhum Nəhvi buyurur: Birdən gördüm ölü uşaq yavaş-yavaş tərpənir. Həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) duasını Allah qəbul etmişdi. Bəli, cavan ayılıb atası ilə birlikdə evə yola düşdülər.

Комментариев нет:

Отправить комментарий