воскресенье, 20 июля 2014 г.

Həzrətin Allah dərgahına zəliliyini izhar etməsi (Səhifeyi Səccadiyyə)

Həzrətin Allah dərgahına zəliliyini izhar etməsi (Səhifeyi Səccadiyyə)

İlahi, günahlarım məni söz deməkdən saxla-mış, sözümün ipi qırılmış, belə olduqda pis-liyimə bir dəlil yoxdur, buna görə də öz xətala-rımın əsiri, əməllərimin girovu, xətada sərgər-dan, məqsəddən ayrı düşmüş, və bütün vücudumla çarəsiz qalmışam, özümü günahkar zəlilərin yüngül sayanların məkanında saxlamışam, paksan Sən, hansı cürətlə Sənə qarşı itaətsizliyə qalxdım! Özümü nə cür həlakət səhrasına atdım! Ey mənim ixtiyar sahibim, üz üstə düşənə, və xətalarıma rəhm et, və nadanlığım önündə həlim-liyimə, pis əməllərimə qarşı ehsanına rəftar et, çünki günahlarıma iqrar edib xətalarıma etiraf edirəm, bu nəfsimdən qisas üçün ahu-zarla təslim etdiyim başımdır, qocalığıma və ömrümün ötməsinə, ölümümün yaxınlaşmasına, zəifliyimə, acizliyimə, korluğuma, çarəsizliyimə rəhm et.
مَوْلايَ وَ ارْحَمْنِي إِذَا انْقَطَعَ مِنَ الدُّنْيَا أَثَرِي، وَ امَّحَى مِنَ الْمَخْلُوقِينَ ذِكْرِي، وَ كُنْتُ مِنَ الْمَنْسِيِّينَ كَمَنْ قَدْ نُسِيَ مَوْلايَ وَ ارْحَمْنِي عِنْدَ تَغَيُّرِ صُورَتِي وَ حَالِي إِذَا بَلِيَ جِسْمِي، وَ تَفَرَّقَتْ أَعْضَائِي، وَ تَقَطَّعَتْ أَوْصَالِي، يَا غَفْلَتِي عَمَّا يُرَادُ بِي مَوْلايَ وَ ارْحَمْنِي فِي حَشْرِي وَ نَشْرِي، وَ اجْعَلْ فِي ذَلِكَ الْيَوْمِ مَعَ أَوْلِيَائِكَ مَوْقِفِي، وَ فِي أَحِبَّائِكَ مَصْدَرِي، وَ فِي جِوَارِكَ مَسْكَنِي، يَا رَبَّ الْعَالَمِينَ
Ey mənim ixtiyar sahibim, məndən bü dünyada nişanə və iz kəsildikdə, yaratdıqların içrə adım itdikdə, unudulanlar kimi yaddan çıxanda mənə rəhm et.
Ey mənim ixtiyar sahibim, üzüm və halım dəyişilib sümüklərim çürüyən, bədən əzalarım biri-birindən ayrılan zaman mənə rəhm et, qarşımdakı hadisələrdən qafil olduğumdan vay halıma! Ey mənim ixtiyar saibim, qəbrdən çıxıb qaldırıldığım zaman mənə rəhm et, və o günkü gündə yerimi övliyalarınla, hərəkətimi aşiqlərinlə, məskənimi Öz qonşuluğunda qərar ver, ey aləmlərin Rəbbi.

وَ كَانَ مِنْ دُعَائِهِ عَلَيْهِ السَّلامُ فِي اسْتِكْشَافِ الْهُمُومِ:
يَا فَارِجَ الْهَمِّ، وَ كَاشِفَ الْغَمِّ، يَا رَحْمَانَ الدُّنْيَا وَ الآْخِرَةِ وَ رَحِيمَهُمَا، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ افْرُجْ هَمِّي، وَ اكْشِفْ غَمِّي يَا وَاحِدُ يَا أَحَدُ يَا صَمَدُ يَا مَنْ لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ وَ لَمْ يَكُنْ لَهُ كُفُوا أَحَدٌ

Комментариев нет:

Отправить комментарий